YENİ POÇT BİNALARI TİKİLİR
Şəki rayonunun Cuma və Orta Zəyzit kəndlərində, həmçinin şəhərin yuxarı hissəsindəki Ağvanlar məhəlləsində poçt şöbələri üçün müasir tipli yeni binalar inşa edilir. Tikinti işləri “Azərpoçt” dövlət müəssisəsinin maliyyə vəsaiti ilə həyata keçirilir.
Şəki Poçtamtından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni rabitə obyektlərinin inşası həmin yaşayış məntəqələrində əhalinin poçt xidmətləri ilə təminatının müasir tələblər səviyyəsinə çatdırılmasına kömək göstərəcəkdir. Tikinti işlərini avqustun sonunadək başa çatdırmaq nəzərdə tutulmuşdur.