Yay məktəbində 55 tələbə iştirak edəcəkdir
Bakı, 9 avqust (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Gənclər təmizlik naminə” layihəsi çərçivəsində avqustun 25-dən 30-dək Lənkəranda tələbələr üçün yay məktəbi təşkil edəcəkdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, məktəbin təşkilində əsas məqsəd gənclərin ekoloji mədəniyyətini inkişaf etdirmək, tullantıların düzgün idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində onların biliklərini genişləndirmək və müzakirə aparmaq qabiliyyətini formalaşdırmaqdır.
Seçim turuna əsasən ekologiya sahəsində təhsil alan 55 tələbə yay məktəbində iştirak etmək hüququ qazanmışdır.
Yay məktəbində nəqliyyat, qida, yaşayış, təlim-tədris və asudə vaxtın təşkili xərcləri ASC tərəfindən ödəniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]