Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xankəndi” sözü hallanarkən necə yazılmalıdır? – Sorğu

“Xankəndi” sözü hallanarkən necə yazılmalıdır? –  Sorğu

Bakı, 28 sentyabr, AZƏRTAC

Ordumuzun antiterror tədbirləri sayəsində Xankəndi şəhərinin düşmən işğalından azad olunması hər bir Azərbaycan vətəndaşını sevindirdi. Amma bu sevinc sosial şəbəkələrdə yazılı formada çatdırılanda başqa mübahisəli mövzunu yenidən gündəmə gətirdi. Vətən müharibəsi başlayandan bu günədək şəhərin adının hallanarkən “Xankəndiyə” yoxsa “Xankəndinə” olaraq yazılması halına aydınlıq gətirilməyib.

AZƏRTAC mövzu ilə bağlı dilçilərin fikirlərini öyrənib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevanın fikrincə, “Xankəndiyə” yazılışı doğrudur. Professor fikrini belə əsaslandırıb: “İkinci növ təyini söz birləşməsi əsasında əmələ gələn mürəkkəb sözlər sadə söz kimi hallanır. Bu zaman sonu -ı⁴ mənsubiyyət şəkilçisi ilə işlənən mürəkkəb sözlər yönlük halda -ya, -yə şəkilçiləri ilə, sonu -sı⁴ mənsubiyyət şəkilçili sözlər isə -na, -nə şəkilçiləri ilə işlənir. Məsələn: “Xankəndiyə”, “Xankəndidə”, “yeralmasına”, “yeralmasında” və s. Saitlə bitən sözlər yönlük halda -ya, -yə şəkilçisi qəbul edir. Məsələn, “almaya”, “babaya” və s. Bu qəbildən olan sözlər mənsubiyyət şəkilçisi ilə işləndikdə -na, -nə şəkilçisi qəbul edir. Məsələn, “almasına”, “babasına” və s. “Xankəndi” də saitlə bitən sözdür. Yönlük halda -yə şəkilçisi artırılır, çünki söz birləşməsi deyil, mürəkkəb sözdür. Bu şəkildə yaranan mürəkkəb sözlər dilimizdə çoxdur: ayaqqabı, dəvəquşu, meşəbəyi, suiti və s. İkinci növ təyini söz birləşməsi əsasında yaranmış onomastik vahidlər də bu qəbildəndir. Məsələn, Bazardüzü (yə), Daşaltı (ya) və s. “Xankəndi” sözündə vurğu sözün son hecasına düşür”.

Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İlham Tahirov da “Xankəndiyə” yazılışının doğru olduğunu hesab edir: “Xankəndi” mürəkkəb isimdir. Bir vurğu ilə tələffüz olunur, ona görə də bitişik yazılır. Yönlük halda -ya şəkilçsini qəbul edərək “Xankəndiyə” yazılır”.

Azərbaycan dilinin qaydalarının düzgün öyrənilməsinə xidmət edən “Grammar Azi” səhifəsinin yaradıcısı və idarəçisi Murad Hüseynov tələffüz formalarının zamanla formalaşdığını deyib. Bildirib ki, ikinci növ təyini söz birləşmələri əsasında yaranmış mürəkkəb sözlər zamanla formalaşır, lüğətə daxil edilir: “Məsələn, “əməkhaqqı” sözü əvvəllər ayrı yazılırdısa, indi bitişik yazılır. Onun hallara, mənsubiyyətə görə dəyişməsi də müvafiq formadadır. Eyni qayda “Xankəndi” sözünə də aiddir. Çünki bizdə eyni konstruksiya əsasında yaranmış toponimlər, coğrafi adlar, məsələn, “Pirallahı”, “Daşaltı” var. Bu cür sözlər dilimizdə mənsubiyyət və hallara görə dəyişir. Məsələn, “Pirallahıya” deyilir, “Pirallahına yox”. Amma elə sözlər də var ki, onlar təyini söz birləşməsi kimi bəzən dəyişir. Çox vaxt eşidirik ki, “Bazardüzünə” və ya “Bazardüzüyə” deyirlər. Bir söz nə qədər çox işlənirsə, o qədər çox kompaktlaşır. İnsan hansısa sözdən istifadə etdikdə psixoloji olaraq bunu rahatlaşdırmağa çalışır. “Xankəndi” sözü də eyni konstruksiya əsasında yaranmış toponimdir. O da müəyyən səbəblərdən bir müddət bizim işlək dilimizdən uzaq qalıb. 30 ildən çox o sözü tez-tez istifadə etməmişik, nitqimizdən müəyyən dərəcədə uzaq qalıb. Mən 2020-ci ildə Vətən müharibəsi zamanı səhifədə bu sözün hallanmasına aid paylaşım edəndə ilk növbədə “Xankəndiyə” olaraq paylaşmaq istədim. Heç vaxt düşmürdüm ki, “Xankəndinə” forması mövcud ola bilər. Araşdırmağa qərar verdim. Dilçilik İnstitutunun “Xankəndinə” mövqeyini görəndə özüm də təəccübləndim. Elə bildim ki, vahid mövqe budur, çünki başqaları fikir bildirməmişdi. Paylaşım böyük rezonansa səbəb oldu və həmin məsələ bu günə qədər də müzakirə olunur. Dil Komissiyası da bu mövzuya qoşuldu və onlar “Xankəndiyə” yazılmalı olduğunu bildirdilər. Fikrimcə, “Xankəndiyə” yazılması daha doğrudur. Çünki hazırda biz belə işlədirik. Ona görə yox ki, bu söz toponimdir. Elə mürəkkəb sözlər var ki, biz onları hələ də ikinci növ təyini söz birləşməsi kimi hallandırırıq. Məsələn, deyirik “ayaqqabı - ayaqqabıya”. Amma “köpək balığı-köpək balığıya” demirik. “Dünya görüşüyə” yox, “dünyagörüşünə” deyirik. Bununla psixolinqvistika məşğul olur”.

Murad Hüseynov köhnə yazılı mənbələrdə şəhərin adı hallandığı zaman “Xankəndinə” olaraq qeyd edildiyini söyləyib.

“Mən “Xankəndi” sözünün yazılışını paylaşanda, həm də 1992-ci ildə Britaniya parlamentinə bizim rəsmi müraciətimiz olan sənədə baxmışdım. Orada “Xankəndində”, “Xankəndindən” kimi yazılışlara rast gəlmək olardı. Yaxud digər 90-cı illərə aid mənbələr tapmışdım ki, orada “Xankəndi” sözü, ikinci növ təyini söz birləşməsi kimi hallanır. Ola bilər ki, əvvəl elə bu cür işlənib. Bu gün “Xankəndidə”, “Xankəndiyə” istifadəsi daha doğrudur. Çünki dil yerində dayanmır, inkişaf edir, kompaktlaşır, tənbəlləşir və sözləri öz dilimizə necə uyğundursa, elə də tələffüz edirik. Dilimizdə ikinci növ təyini söz birləşmələrinin konstruksiyası ətrafında yaranmış toponimlərin vahid işlənmə qaydası reqlamentəşməyib. İkinci növ təyini söz birləşməsi əsasında yaranmış toponimlərin vahid söz kimi hallanlanması haqqında qayda yoxdur. O demək deyil ki, kimsə “Xankəndində”, “Xankəndindən” yazsa, səhv kimi qeydə alınmalıdır. Bunu səhv kimi göstərmək üçün heç bir əsas yoxdur. Qaydalarda pərakəndəlik var. Həmin qeyri-dəqiqliyi imtahan suallarına salmaq olmaz. Çünki belə olduqda imtahan verən “Xankəndinə” ya “Xankəndiyə” yazmaqda çətinlik çəkəcək. Belə halda kimsə düzgün yazılış forması tələb edə bilməz”, - deyə Murad Hüseynov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

İğdırda Zəfər Günü ilə əlaqədar yürüş olub

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb

Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Cəlilabadda ağacəkmə aksiyası

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən