UNEC-də yenilik - virtual dekanlıq
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) virtual dekanlıq yaradılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, distant tədris zamanı tələbələrlə və fakültədaxili kommunikasiyanın təmin edilməsi məqsədilə yaradılan virtual dekanlığın fəaliyyəti “Facebook”, “WhatsApp”, “Zoom” və e-mail üzərindən aparılacaq.
Fakültələr, katibliklər, müvafiq idarəetmə strukturlarının təmsil olunduqları virtual dekanlıqda tələbələrin müraciətləri operativ cavablandırılacaq, tədrislə bağlı yeniliklər və məlumatlar paylaşılacaq. Virtual platformada universitet idarəetməsi fəaliyyətində də operativlik təmin ediləcək.
Virtual platformaya UNEC-in Zaqatala filialı da qoşulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [06:22]
Türkiyə-Azərbaycan Universitetində Zəfər Gününə həsr olunmuş seminar
- 07.11.2026 [15:30]