Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzdan başlanan Zəfər – Tarixçi-alim

Tovuzdan başlanan Zəfər –  Tarixçi-alim

Bakı, 12 iyul, AZƏRTAC

Xalqımızın dövlətçilik tarixində xüsusi yer tutan 44 günlük Vətən müharibəsinin başlanmasından əvvəl Azərbaycan Ordusunun əldə etdiyi böyük hərbi uğur 2020-ci il iyulun 12-də Tovuz rayonu ilə sərhəd xəttində başlanan irimiqyaslı erməni hərbi təxribatına qarşı verilən qətiyyətli cavab oldu. Həmin gün Ermənistanın hərbi-siyasi rəhbərliyi Qarabağdakı təmas xəttindən uzaqdakı Azərbaycan müdafiə mövqeləri üzərinə qəfil hücumlar həyata keçirməklə qonşu dövlətə qarşı izlədikləri siyasətin təcavüzkar mahiyyətini bir daha ortaya qoydular. Belə təxribata əl atılması əslində, Ermənistanın Azərbaycana qarşı izlədiyi millətçi-təcavüzkar dövlət siyasətinin məntiqi nəticəsi idi. Ermənistanda iqtidarlar dəyişsə də, Azərbaycana qarşı bu siyasət mahiyyətini dəyişmirdi və onun mərkəzində də Azərbaycan ərazilərinin hesabına bu ölkənin sər-hədlərinin genişləndirilməsi dayanırdı. 2018-ci ilin yazında demokratiya görüntüsü altında Ermənistanda hakimiyyəti ələ keçirən baş nazir Nikol Paşinyan da Azərbaycana münasibətdə işğalçı-təcavüzkar siyasətdən əl çəkmədi və bu vəziyyət də məntiqi olaraq iki respublika arasında hərbi-siyasi gərginliyin artmasına zəmin yaratdı.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun “Tovuzdan başlanan Zəfər” adı məqaləsində yer alır.

AZƏRTAC məqaləni təqdim edir.

2020-ci il iyulun 12-də, günorta saatlarında Ermənistan silahlı qüvvələri iki respublikanın Tovuz rayonu sahəsindəki Azərbaycan müdafiə mövqelərinin ələ keçirilməsi üçün artilleriya atəşlərindən istifadə etməklə hücuma keçməyə cəhd göstərdilər. Atəşkəsin pozulmasından əvvəl sərhəd bölgəsində Ermənistana məxsus zirehli texnikanın və canlı qüvvələrin yerdəyişmələri müşahidə olunmuşdu. Bu isə o demək idi ki, atəşkəsin pozulması Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılmışdı və bunun üçün hərbi qüvvələrin yerdəyişməsi aparılırdı. Ermənistan tərəfindən Azərbaycan mövqelərinin qəfil şəkildə atəşə tutulması nəticəsində iki hərbi qulluqçu şəhid olmuş, 5 nəfər isə yaralanmışdı.

Həmin gün günortadan sonra Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Tovuz rayonu ərazisində baş verənlərlə əlaqədar bəyanat yayaraq atəşkəsin pozulması ilə bağlı Azərbaycan tərəfini günahlandırmağa cəhd göstərdilər. Bu bəyanatda bildirilirdi ki, guya Azərbaycan tərəfi hərbi təxribat məqsədilə gündüz saat 12-dən az sonra “UAZ” minik avtomobilində Ermənistanın sərhədini keçməyə çalışmış, amma qarşı tərəfin gördüyü tədbirlər nəticəsində Azərbaycan hərbçiləri maşını ataraq geri qaçmışdılar. Azərbaycan tərəfi isə Ermənistan rəsmilərinin bu iddiasını absurd sayırdı. Ordumuzun bölmələrinin malik olduğu müasir hərbi texnika və vasitələrdən istifadə etmək əvəzinə “UAZ” minik avtomobilində hərbi təxribat törətməsi iddiası qeyri-ciddi sayılırdı. Başlanan təxribata son qoyulmasına edilən çağırışa baxmayaraq, iyulun 13-nə keçən gecə də Ermənistan silahlı qüvvələrinin bölmələri öz əməllərindən əl çəkmədilər. Onlar artilleriya, minaatan və tanklardan da istifadə etməklə gecə döyüşlərini davam etdirdilər. Lakin Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Azərbaycan Müdafiə Nazirliyi düşmənə qarşı cəza tədbirləri həyata keçirildiyini, qarşı tərəfin itkiləri gizlətdiyini qeyd edirdi.

Gün ərzində də döyüşlər davam etdi. Sərhəd xəttində yeni mövqelər ələ keçirməyə çalışan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından davamlı şəkildə atəş açmaqla Tovuz rayonu ərazisindəki müdafiə mövqelərinə və sərhəd xəttinə yaxın olan yaşayış məntəqələrinə zərbə endirməyə çalışdılar. Azərbaycan Ordusunun hissə və bölmələrinin çevik və kəsərli fəaliyyəti nəticəsində iyulun 13-ü günün ikinci yarısında düşmənin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, xeyli sayda şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu məhv edildi.

İyulun 13-dən 14-nə keçən gecə də cəbhə xəttində döyüşlərin intensivliyi azalmadı. Bu döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edildi. Səhər saatlarından isə tərəflər arasında gedən döyüşlər daha da şiddətləndi. Güclənməkdə olan erməni hərbi təxribatının qarşısının alınması üçün cəbhənin ön xəttinə yollanmış general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onlarla birlikdə olan daha beş hərbi qulluqçu həmin gün şəhid oldular. Ermənistanın hərbi bölmələrinin atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin 76 yaşlı bir sakini də dünyasını dəyişdi. Bu artan təcavüzkarlığının tezliklə cilovlanması üçün Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun bölmələrinə xüsusi tapşırıqlar verdi və bildirdi ki, bununla erməni hərbi qüvvələrinə qarşı qisas əməliyyatının ikinci fazası başlayır: “Bildirməliyəm ki, bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır. Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir”.

İyulun 14-də respublikanın müxtəlif şəhərlərində, o cümlədən də Bakıda erməni təxribatına qarşı layiqli cavab verən Azərbaycan Ordusuna, ərazi bütövlüyümüzə, dövlətimizin başçısına dəstəklə bağlı keçirilən çoxsaylı kütləvi tədbirlərə on minlərlə insan qatıldı. Bu insanlar kütləvi şəkildə cəbhəyə yollanmaq və erməni hərbi qüvvələri ilə döyüşmək arzusunda olduqlarını bildirdilər. Prezident İlham Əliyev gənclərin bu vətənpərvərlik coşqularını çox yüksək qiymətləndirirdi. O, Azərbaycanın ərazi bütövlüyünü qorumağa hazır olan vətənpərvər ruhlu gəncləri səfərbərlik xidmətlərinə müraciət etməyə və səfərbərlik qurumlarında qeydiyyata düşməyə çağırdı. Prezident İlham Əliyevin bildirdiyinə görə, əslində, buna xüsusi ehtiyac yox idi. Çünki Azərbaycanın güclü ordusu vardı və bu ordu öz imkanlarına görə Ermənistan ordusundan çox-çox üstün idi. Bununla belə, yalnız dörd gün ərzində cəbhə xəttinə yollanmaq üçün 7 min nəfərdən çox şəxs müraciət etdi. Bu insanlar hamısı Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılığına qarşı əllərinə silah almağa hazır olduğunu bildirirdilər. 1994-cü ildən başlanan atəşkəs dövründə Azərbaycan ictimaiyyəti ilk dəfə idi ki, belə kütləvi surətdə işğal altındakı ərazilərimizin azad edilməsi üçün qətiyyətli mübarizəyə hazır olduğunu ifadə edirdi. Prezident İlham Əliyevin fikrincə, xalqımızın belə mübarizliyi, davam etməkdə olan işğala qarşı onların öz səslərini ucaltması “xalq-iqtidar birliyini göstərən bir mənzərə idi”.

2020-ci ilin iyul döyüşləri Azərbaycan Ordusu üçün yeni uğurun göstəricisi oldu. İyulun 14-15-də Azərbaycan Ordusunun bölmələrinin vurduğu öldürücü zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bir sıra ağır texnika və mühüm hərbi obyektləri sıradan çıxarıldı. O cümlədən, iyulun 14-də düşmənin ölkənin silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi, erməni hərbi qüvvələrinin uzunmüddətli atəş nöqtələri, bölüyün dayaq nöqtəsi, iyulun 15-də gecə saatlarından başlayaraq isə onlara məxsus hərbi texnika, erməni bölüyünün dayaq nöqtəsi məhv edildi.

İyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüş əməliyyatları davam etdirildi. Müdafiə Nazirliyinin mətbuat mərkəzinin məlumatına görə, həmin gün axşamadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilmişdi. Sonradan erməni hərbi qüvvələrinə məxsus bir sıra hərbi obyektlər də Azərbaycan Ordusunun bölmələrinin sərrast atəşləri ilə sıradan çıxarıldı. İstər cəbhə boyunca, istərsə də Ermənistan ərazisində yerləşdirilmiş erməni hərbi qüvvələrinə və obyektlərinə sərrast zərbələrin vurulması erməni hərbi-siyasi rəhbərliyini Azərbaycan Ordusunun gücü ilə barışmağa məcbur etdi. Ona görə də sonrakı günlərdə döyüşlər tədricən səngiməyə başladı. İyulun 17-dən etibarən isə sərhəd xəttində atəşkəs rejimi tədricən bərpa olundu.

Ümumiyyətlə, iyulun 12-17-də Azərbaycan-Ermənistan sərhəd xəttinin Tovuz rayonu ərazisində davam edən döyüşlərdə Azərbaycan 12 şəhid verdi. Bundan əlavə, bir mülki şəxs erməni atəşlərinin qurbanı oldu. Lakin Ermənistanın məqsədyönlü şəkildə planlaşdırdığı hərbi təxribatın qarşısı qətiyyətlə alındı.

2020-ci ilin iyul döyüşləri Azərbaycan Ordusu üçün yeni uğurun göstəricisi oldu. Möhkəmlənmiş və öz inkişafının ən yüksək nöqtəsində olan Ordumuz bir daha nəyə qadir olduğunu əməli şəkildə bütün xalqa və dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev bu döyüşlərin nəticələrini belə qiymətləndirirdi: “...son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.

Xalqımızın və dövlətinin qarşısında dayanan başlıca məqsəd isə erməni işğalı altında olan ərazilərin azad edilməsi idi. 2020-ci ilin iyulunda Tovuz rayonu ilə sərhəddə baş verən döyüşlər bir daha göstərdi ki, bu məqsədə çatmaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə günü-gündən möhkəmlənməklə dünyanın ən güclü orduları sırasında yer tutan Azərbaycan Silahlı Qüvvələri bu vəzifəni həyata keçirməyə qadirdir. Çox qısa zaman sonra bütün dünya da bunun şahidi oldu. Məğlubedilməzliyi haqqında müxtəlif miflər yaradılmış Ermənistan ordusuna Silahlı Qüvvələrimiz sarsıdıcı zərbə vurmaqla Azərbaycanın qalib dövlət bayrağını azad edilmiş ərazilərdə dalğalandırdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

Suriyada Zəfər Günü: Ordumuzun qələbəsi və aparılan bərpa işləri diqqətə çatdırılıb

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub

Praqada azərbaycanlı musiqiçilərin iştirakı ilə “Rammstein Symphonic Experience” konserti

ABŞ-də zavodda kimyəvi sızma olub: 11 nəfər xəstəxanaya yerləşdirilib

Üçrəngli bayrağımız azad torpaqlarda milli qürurumuzun və birliyimizin rəmzi kimi dalğalanır – ŞƏRH

Rubio: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilə bilməz

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO