TƏRTƏRDƏ SU PROBLEMİ HƏLL OLUNUR
Cəbhə bölgəsi olan Tərtər rayonunda su mənbələri işğal altında qaldığından, təsərrüfatlarda su qıtlığını aradan qaldırmaq məqsədi ilə subartezian quyuları təmir olunub istifadəyə verilir.
Rayon subartezian quyularının təmiri və istismarı idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, on il əvvəl rayonda 50 artezian quyusu var idisə, indi onların sayı 300-ə çatdırılmışdır. İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin xətti ilə 100-dən çox subartezian quyusu bərpa edilib istifadəyə verilmişdir.