Tərtərdə günəbaxan istehsalı artıb
Tərtər, 2 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda günəbaxan yığımı yekunlaşıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il Tərtərdə 2331,5 hektar sahədə günəbaxan əkilib, 5712,1 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq 24,5 sentnerdir. 2020-ci ilə nisbətən cari ildə günəbaxanın əkin sahəsi 479,4 hektar və ya 25,9 faiz, məhsul istehsalı 825,4 ton və ya 16,9 faiz artıb.
Qeyd edək ki, günəbaxan Tərtər rayonunda kəndli fermerlərin və torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Sahələrdən yığılan günəbaxan təmizləndikdən və çeşidləndikdən sonra müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]