Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa teatrı “Şuşa İli”ndə

Yadigar Muradov: Şuşada göstərəcəyimiz ilk tamaşa “Arşın mal alan” olacaq

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanın qocaman, nəhəng sənət ocaqları sırasında Şuşa Dövlət Musiqili Dram Teatrının da özünəməxsus yaradıcılıq rolu var. Bu il yenidən bərpasının 32-ci ildönümü tamam olacaq sənət məbədinin yaradıcı kollektivi ötən dövr ərzində çox çətinliklərə sinə gərib, qaçqın taleyi yaşayıb, bütün məhrumiyyətlərə dözərək Şuşaya qayıdacaqları günü səbirsizliklə gözləyiblər. Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun sayəsində o gün gəldi və bütün xalqımız kimi Şuşa teatrının da nisgilinə son qoyuldu. Bu tarixi Qələbədən sonra ölkəmizdə elan olunmuş “Şuşa İli”ndə Şuşa Dövlət Musiqili Dram Teatrının qonağı olduq. Teatrın direktoru, Əməkdar artist Yadigar Muradovla görüşüb, bu sənət ocağının tarixindən, uğurlarından və gələcək planlarından danışdıq. Yadigar Muradovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Şuşa Dövlət Musiqili Dram Teatrı 30 ilə yaxın idi ki, qaçqınlıq həyatı yaşayırdı. Qazanılan tarixi Qələbəmiz bu nisgilə də son qoydu. Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il ölkəmizdə “Şuşa İli” elan edilib. Rəhbərlik etdiyiniz sənət ocağı bu ilə necə hazırlaşıb?

-Qarabağın dilbər guşəsi olan Şuşa Azərbaycan ədəbiyyatına, incəsənətinə, teatrına dahi ölməz sənətkarlar bəxş edib. Maddi və mənəvi abidələrlə zəngin olan Şuşa qalası yarandığı gündən bütün dövrlərdə Avropa və Şərq səyyahlarını, tacirlərini özünə heyranlıqla cəlb edən mədəniyyət mərkəzi olub.

Bəlkə də bir çoxu üçün Şuşa ağrısı Qarabağ dərdindən də böyük oldu. Şuşa faciəsi Azərbaycan insanının psixologiyasında dərin depressiya yaratdı, milli qürurumuza, ləyaqətimizə ağır, sarsıdıcı zərbə endirdi. Bu depressiyadan çıxmaq üçünsə bizə təxminən 30 il vaxt lazım oldu.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. 2022-ci ilin "Şuşa İli” elan edilməsi 28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən bu şəhərin tarixi şöhrətini özünə qaytaracaq. Bu ilin “Şuşa İli” elan edilməsi təsadüfi deyil. Bu il Şuşa şəhərinin 270 illiyi tamam olur. Qarabağ xanının yadigarı, bizə əmanət olan şəhərimiz öz zəngin irsinə, mədəniyyətinə doğru inamla addımlayır.

Təbii ki, Azərbaycan teatr tarixinin ən maraqlı səhifələrindən birini özünəməxsus yaradıcılıq dəst-xəti və sənət siması olan Şuşa teatrı təşkil edir. Bu gün ölkəmizdə fəaliyyət göstərən sənət ocaqları arasında Şuşa Dövlət Musiqili Dram Teatrının özünəməxsus yaradıcılıq yolu var. Teatrımız da “Şuşa İli”nə böyük həvəs və sevinclə hazırlaşır. Teatr bu ilə töhfə olaraq gözəl bir proqram hazırlayıb -teatrlaşdırılmış konsert proqramı. Əsərdə tarixi şəxsiyyətlərin - Pənahəli xan, İbrahim xan, Xurşidbanu Natəvan, Mir Mövsüm Nəvvab, Gövhər Ağa, Ağabəyim Ağanın obrazlarını bizim aktyorlar ruhlar şəklində canlandırır. Əsərdə o ruhlar Azərbaycan əsgərinə yaxınlaşıb bayrağımızı təhvil verir və deyirlər ki, səhvimiz ucbatından torpaqlarımız işğal olundu. Çox şükür bizim müzəffər Ordumuz, Ali Baş Komandanımızın sayəsində torpaqlarımızı işğaldan azad etdi. Daha bu torpağı başqalarına verməyin. Tamaşa gözəl musiqi əsərləri - Üzeyir bəyin əsərləri, Bülbülün ifasında olan mahnılarla, romanslarla müşayiət olunur. Bu teatrlaşdırılmış konsert proqramını Şuşada əsgərlərimizə, qala-şəhərin qonaqlarına təqdim edəcəyik.

-Hər zaman Şuşa şəhəri özünün böyük ədəbi mühiti ilə seçilib-fərqlənib. Bu ədəbi mühitin təsiri nəticəsində böyük şəxsiyyətlər, ədiblər yetişib. Bilirsiniz ki, hələ XIX əsrin ortalarından başlayaraq, Şuşada teatr tamaşalarının nümayişi müntəzəm şəkil alıb. Neçə oldu ki, bu böyük mədəniyyət, elm, sənət mərkəzində rəsmi olaraq teatrın yaradılmasına 1990-cı ildə razılıq verildi.

-Şuşanın mədəni mühiti bütün dövrlərdə sözlə, səslə, musiqi ilə, bir sözlə incəsənətlə nəfəs alıb. Bu şəhəri başqa yerlərdən fərqləndirən əsas amillərdən biri, burada elmə-maarifə, sənətkarlığa daima diqqət verilməsidir. Ona görə şuşalı gənclər təhsil ardınca Rusiyanın, Avropanın şəhərlərinə üz tuturdular. Şuşa Realnı Məktəbində dərslər türk, alman, fransız, rus dillərində tədris olunurdu. Bu faktın özü özlüyündə şuşalıların bəşəri dəyərlərə yiyələnmələrini, dünya sivilizasiyasına can atmalarını göstərən əsas amillərdən biridir.

Ümumiyyətlə, XIX əsrin ortalarından Şuşanın mədəni həyatında bir canlanma duyulmaqda idi. Belə ki, 1848-ci ildə artıq Şuşada tamaşaların oynanması üçün teatr və sirk səhnələri vardı. Bunu tarixi sənədlər də təsdiqləyir.

Şuşada teatrın təşəkkül tapmasında Əbdürrəhim bəy Haqverdiyevin əvəzsiz xidmətləri olub. Mütərəqqi ideyalarla zəngin olan Şuşanın teatr mühitinin təsiri ilə Qarabağın bir çox məkanlarında- Ağdamda, Füzulidə teatr truppaları yaradılıb, tamaşalar oynanılıb. Məhz Şuşa teatr mühitinin yetirmələri sonradan Azərbaycan teatrının təşəkkül və inkişafında mühüm rol oynamış, onun əsas bədii-estetik çalarları, fəlsəfi yüklü enerji mənbəyinə çevrilmişlər.

Böyük Vətən müharibəsinin çətin və sınaqlı dövründə, 1943-cü ilin əvvəllərində Şuşada Dövlət Musiqili Dram Teatrı yaradıldı. Bu, şəhərin mədəni həyatında bir sənət hadisəsi idi. Əzizağa Məmmədov teatra bədii rəhbər təyin olundu. Bütün çətinliklərə baxmayaraq, kollektiv üzvləri ilk gündən teatrın repertuarının janr baxımından rəngarəng, zəngin olması üçün müasir və klassik əsərlərə daha çox üstünlük vermək qərarına gəldilər. Elə həmin il Şuşa teatrının iki aktyoru - Əzizağa Məmmədov və Cəlil Bağdadbəyov “Respublikanın Əməkdar artisti” fəxri adına layiq görüldülər.

Bir müddətdən sonra isə Şuşada Dövlət Musiqili Dram Teatrı dünyaşöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin adını fəxrlə daşımağa başladı. Çox təəssüf ki, bu adı daşımaq sənət ocağına uzun müddət müyəssər olmadı. Belə ki, dövlətin iqtisadi böhranını əldə bəhanə edən Şuşa teatrının bədxahları Üzeyir bəyin ölümündən 1 il sonra SSRİ Nazirlər Sovetinin 6 fevral 1949-cu il qərarına istinad edərək incəsənət beşiyi olan Şuşada dövlət teatrını qapadılar. Əgər doğrudan da maliyyə çətinliyi var idisə, niyə elə həmin ildə Maksim Qorki adına Stepanakert Dövlət Teatrı açıldı?! O vaxtdan sonra Şuşada dövlət teatrı olmadı. Amma buna baxmayaraq, Şuşada daim teatr mühiti olub. Belə ki, bundan sonra şuşalılar öz teatrlarını yaşatmaq üçün yerli həvəskarlardan ibarət dram dərnəyini formalaşdırdılar. Ötən əsrin 50-ci illərində artıq bu dərnəyin repertuarında müxtəlif səpkili tamaşalar var idi.

Yeri gəlmişkən qeyd edim ki, 1982-ci ildə Şuşada Mədəni-Maarif Texnikumunun açılması da şəhər mədəniyyət evinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin yaradıcı qüvvəsini xeyli gücləndirdi. Artıq öz zəngin repertuarı və istedadlı yaradıcı kollektivi ilə yaxın-uzaq bölgələrə səs salan dərnək 1987-ci ildən Şuşa Xalq Teatrı adını daşımağa başladı. Bu teatrın tezliklə dövlət statuslu teatra çevriləcəyi artıq heç kəsdə şübhə doğurmurdu. Sənət yanğılı, teatrsevər şuşalıların bu intizarına 1990-cı il mayın 25-də son qoyuldu. Həmin tarixi məqamda Şuşanın mənəvi, mədəni-ictimai həyatında mühüm bir hadisə baş verdi. Üzeyir bəyin vəfatından 43 il sonra Azərbaycan Nazirlər Sovetinin 11 may 1990-cı il qərarına əsasən Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli əmri ilə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradıldı. Teatrın direktor vəzifəsi mənə həvalə olundu. Qısa vaxtda teatrın kollektivi Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan”, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” musiqili komediyalarını, Eldar Baxışın “Uzun Həsən” tarixi dramını tamaşaya hazırlamağa müvəffəq oldu. Lakin bu dəfə də sevincimiz çox çəkmədi. Belə ki, böyük arzu və istəklə, öz sənətləri ilə insanların mənən zənginləşməsinə, gülüb-əylənməsinə, bəzən də düşünüb-daşınmasına xidmət etmək istəyən Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi də, öz tamaşaçıları ilə birlikdə 1992-ci ilin mayında doğma şəhərdən didərgin düşməli oldu.

-1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra teatrın kollektivi Bakıya pənah gətirərək yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında davam etdirdi. 2018-ci ilin dekabrında isə teatrın yeni binası istifadəyə verilib. Ötən bu illər ərzində teatr hansı uğurlara imza atıb, hansı yeniliklərlə tamaşaçıları sevindirib?

- Bir çox xeyirxah insanların, mədəniyyət və incəsənət xadimlərinin təşəbbüs və köməkliyi ilə Şuşa teatrı 1992-ci ilin avqust ayında Bakıda Gənc Tamaşaçılar Teatrının binasında yerləşdirildi. Daima sənət axtarışlarında olan, professional səviyyəsinin yüksəlməsinə tələbkarlıqla yanaşan Şuşa teatrının yaradıcı kollektivi, Bakıda tamaşaçı auditoriyasını öz tamaşalarına cəlb etmək üçün repertuarını zənginləşdirməyə daha çox üstünlük verirdi. Ona görə də teatrın repertuarında müxtəlif janr və formalar, bir -birinə bənzəməyən S.Qənizadənin “Ayının min oyunu”, V.Qaufun “Xəlifə Leylək”, B.Appayevin “Gözəlləri necə qaçırmalı” kimi orijinal yozumlu tamaşalar vardı. Daima qaçqın-köçkün bacı-qardaşlarımızla görüşən kollektiv üzvləri tez-tez Vətən keşiyində duran əsgərlər qarşısında “Nəğmədir, gülüşdür hər dərdə məlhəm” tamaşa-konsert proqramı ilə vaxtaşırı çıxış edirdilər.

Sonradan 2005-ci ildə uçuq-sökük bu “Savalan” kinoteatrının binasını bizə verdilər. Lakin şəraitsizlik ucbatından biz burda tamaşalar göstərə bilmirdik. Amma yenə də teatrımızın yaşaması naminə dözdük durduq. Lakin Mədəniyyət Nazirliyinin əmri ilə Bakıdakı teatrların səhnəsində ayda 2 dəfə bizim çıxış etməyimiz üçün şərait yaradılmışdı. Bu illər ərzində çox istedadlı həmkarlarımız az maaşa, şəraitsizliyə dözməyib getsə də qalanlar da oldu. Üzeyir bəyin sözü olmasın “bizə elə o qalanlar lazımdı”. Bu gün də teatrımızın yaşamasına səbəbkar onlardı. Sonra da bu bina əsaslı təmir olunaraq Şuşa teatrına verildi. Hazırda burada fəaliyyətimizi davam etdiririk.

Bilirsiniz ki, 2012-ci ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli ədib, mütəfəkkir, maarifçi, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə Milli Teatr Festivalı keçirildi. Festival Azərbaycan Respublikası Prezidentinin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq təşkil edilmişdi. Bu festivalda bizim teatr birincilik qazandı və biz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Tatarıstanın Kazan şəhərində keçirilən türk xalqlarının “Nauruz” Beynəlxalq Teatr Festivalında iştirak etdik. Orda da festivalın ruhuna uyğun tamaşa hazırladığımıza görə münsiflərin yekdil rəyi ilə birincilik qazandıq.

Ötən müddət ərzində Şuşa teatrı “Həsənağa Turabov” mükafatına, Azərbaycan Teatr Xadimləri İttifaqının “Milli klassika” festivalının diplomuna layiq görülüb.

- İl yarımdır ki, 30 illik Şuşa nisgilinə son qoyulub. Bu müddət ərzində kollektiv olaraq doğma şəhəri ziyarət etmisinizmi?

- Otuz ilə yaxın idi ki, biz Şuşa həsrəti ilə yaşayırdıq. Torpaqlarımızın işğalı bizim mədəniyyətimizə, sənət dünyamıza böyük, sarsıdıcı zərbə vurdu. Bu illər ərzində nəyinki biz, həm də teatrımız həqiqətən də çox çətin günlər yaşadı. Hətta belə bir fikir var idi ki, teatr bağlanılsın, nə vaxt torpaqlar işğaldan azad olunarsa, teatr yenidən fəaliyyətə başlayar. Lakin xeyirxah adamların köməkliyi ilə biz teatrımızı qoruyub saxladıq və onu Şuşalı günlərə qovuşdurduq.

Şuşaya ilk səfərimiz “Xarıbülbül” festivalında oldu. Teatrın 13 üzvi ilə tamaşaçı kimi festivalda iştirak edirdik. Keçirtdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Əhd etmişdim ki, Şuşaya ilk səfərimdə qala divarlarına üzümü sürtüb orda Üzeyir bəyin “Sənsiz” romansın oxuyum. Bundan sonra yaşamasam da olar. Allah bunu mənə qismət etdi.

Bu səfər bizim üçün çox sevindirici, qürurverici olmaqla yanaşı, həm də çox təsirli idi. Mənfur düşmən tərəfindən teatrımızın binası sökülərək, yerində park salınmışdı. Binanın qabağında ucaldılmış Üzeyir bəyin, Bülbülün büstləri məhv edilmişdi. Məqsədləri isə tariximizi yox etmək idi. Amma bunu bacarmadılar.

Sonradan bir dəfə də icazə ilə teatrın bir neçə üzvi ilə yenidən Şuşada olduq. İnşallah, Şuşamıza qayıdanda bütün işlərimizə davam edəcəyik.

Yeri gəlmişkən, mənim Şuşadakı evim sağ-salamat yerində durur. O ev təzə tikilmişdi, möhtəşəm, böyük idi. İçində cəmi 1 il 8 ay yaşadım. Sonra torpaqlarımız işğal olundu. Evim ona görə salamat qalıb ki, işğaldan sonra mənfur düşmənlərimiz evimin ikinci mərtəbəsini hərbi komissarlıq ediblər, birinci mərtəbəsində də keşiş yaşayıb.

Arzulayıram ki, Şuşaya birinci bizim teatrı köçürsünlər. Teatrımıza yeni bina tikilənə qədər mən evimi teatra verməyə hazıram.

-Şuşa Dövlət Musiqili Dram Teatrının azad Şuşada 30 ildən sonra ilk göstərəcəyi tamaşa hansı olacaq?

-Çox ürəyimdən xəbər verdiniz. Şuşa Dövlət Musiqili Dram Teatrının son bərpası zamanı teatrın açılışında hansı tamaşa səhnələşdirilibsə həmin tamaşa oynanılacaq. Bu tamaşa Üzeyir bəyin “Arşın mal alan” operasıdır. Biz kollektivimizlə birgə söz vermişik ki, Şuşaya qayıdış başlayanda, hava şəraitindən asılı olmayaraq, məhz binamızın yerində, daşların üzərində “Arşın mal alan”ı oynayaq. Bu bizim arzumuzdur.

-Qarşıdakı planlar və teatr Şuşaya köçdükdən sonra görəcəyi işlər barədə nələr düşünürsünüz?

-Hazırda teatrda 30-a yaxın aktyor çalışır ki, onlardan biri Xalq artisti, 5 nəfər də Əməkdar artistdir. Hazırda “Şuşa İli” ilə bağlı yeni bir tamaşa üzərində ciddi məşqlər gedir. Həmçinin repertuardan çıxan bir çox tamaşalar vardı ki, biz onları yenidən bərpa edirik. Daha çox qələbə əhvali-ruhiyyəli əsərlər üzərində işləyirik. Çalışırıq ki, teatrın repertuarı həmişə yenilənsin, baxımlı olsun. Bu səbəbdən də, şükürlər olsun ki, heç vaxt tamaşaçı sarıdan problemimiz olmayıb. Teatrın 100 nəfərlik səhnə zalı həmişə dolu olub, pandemiyadan sonra isə qaydalara uyğun fəaliyyət göstəririk.

İlk “Arşın mal alan” tamaşasını səhnələşdirəcəyik, inşallah. “Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev “Pənahəli xan” tarixi dramını yazıb. Nəzərdə tutmuşam ki, bu əsər əsasında tamaşa hazırlayım. Hələ səhnələşdirilməyib, quruluş verilməyib. İnşallah Şuşaya qayıtdıqdan sonra bu əsrə mütləq müraciət edəcəyik. Bundan əlavə, biz opera janrında tamaşa hazırlamağı planlaşdırırıq.

Bütün bunlara rəğmən deyə bilərəm ki, bu gün Şuşa teatrı ardıcıl sürətdə sənət axtarışlarını davam etdirməklə, professional səviyyəsini təkmilləşdiməklə öz orijinal yaradıcılıq simasını qorumaqdadır.

-Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiətilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidən ucalan tarixi müraciət şanlı Zəfərin və böyük Qələbənin rəmzidir - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahalaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Cinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qaraqoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib