“Sumqayıt” yeni qapıçı transfer edib
Bakı, 3 iyul, AZƏRTAC
2026/2027-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçu keçidini reallaşdırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, komanda Portuqaliya təmsilçisi “Pasuş Fereyra”da çıxış etmiş Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı qapıçı “1” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [21:48]
Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib
- 08.11.2026 [20:51]
Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib
- 08.11.2026 [17:44]
“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub
- 08.11.2026 [10:44]
“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının açılışı olub
- 07.11.2026 [22:20]