SOYĞUNÇULARIN DİGƏR CİNAYƏT ƏMƏLLƏRİ AŞKAR EDİLMİŞDİR
Bakı, 9 noyabr (AZƏRTAC). Boya-daş sexinə basqın edərək içərisində pul olan seyfi apardıqlarına görə Əhmədağa Əhmədov və Pərviz Musayev Baş Cinayət-Axtarış İdarəsinin, Bakı Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsinin, Binəqədi Rayon Polis İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşlar.
Onların M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Rüfət Babayev və Ceyhun adlı şəxslə birgə “Parlaq-2” mənzil-tikinti kombinatının mühafizəçisi Sadıq Məmmədova bıçaqla xəsarət yetirərək, oradakı seyfi, habelə “Murad Aqro” quşçuluq firmasının ofisinin gözətçiləri Dünyamalı Rzayevin və Ramil Rzayevin əllərini bağlayaraq içərisində sənədlər olan 2 seyfi aparmaları, habelə Ədliyyə Nazirliyinin 27 saylı Dövlət Notariat Kontorundan oğurluq etmələri müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]