Sinoptiklər xəbərdarlıq edir...
Bakı, 10 may, AZƏRTAC
Sinoptiklər qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, mayın 15-dək bəzi rayonlarda qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [16:39]
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA
- 08.11.2026 [13:44]
Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb VİDEO
- 07.11.2026 [13:39]
Sabaha olan hava proqnozu açıqlanıb
- 07.11.2026 [10:58]
Zəfər Günü ilə əlaqədar Müşfiqabadda Eldar şamı və zeytun ağacları əkilib
- 06.11.2026 [18:14]
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub
- 06.11.2026 [16:15]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 06.11.2026 [15:54]
Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
- 06.11.2026 [12:30]