Şamaxıda kartof yığımı davam edir
Şamaxı, 14 avqust , AZƏRTAC
Şamaxı rayonunda torpaq mülkiyyətçiləri kartof yığımını davam etdirirlər. İndiyədək sahələrdən 1631 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, Şamaxıda cari mövsümdə 338 hektarda kartof yetişdirilib. Bu, ötən ildəkindən 10 hektar çoxdur. Hələlik 250 hektardan çox sahənin məhsulu yığılıb və hazırda şimal dağlıq ərazilərdə yığım davam etdirilir. Rayonun daha çox kartof əkilən ərazilərində, xüsusilə Qızmeydan, Əlçiman, Qonaqkənd və bir sıra digər ərazı icra numayəndəliklərində məhsul yığımı mütəşəkkil davam edir. Bu ərazilərdə sahibkarlar hər hektardan 120-130 sentner kartof götürürlər. Yığılan məhsulun bir hissəsi yerli bazarlara çıxarılır.
Qeyd edək ki, kartofçuluq Şamaxı rayonunda ənənəvi təsərrüfat sahəsidir. Bölgədə cari mövsümdə 1800 tondan çox məhsul istehsal ediləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]