ŞAMAXIDA GÜCLÜ LEYSAN OLMUŞDUR
Şamaxı, 16 iyul (AZƏRTAC). Şamaxıda iyulun 16-da gecə saat 4.00-dan başlayan və səhərədək davam edən güclü leysan yağışları şəhərin Şəhriyar qəsəbəsində, Çuxuryurd və Nağaraxana kəndlərində ciddi fəsadlar törətmişdir.
Rayon fövqəladə hallar komissiyasından bildirmişlər ki, saniyədə 30-35 metr sürətlə əsən küləklə müşahidə olunan leysan yağışları daşqınlara səbəb olmuşdur. Şəhərin dağlıq zonasında yerləşən məhəllələrdəki küçələrdə yarğanlar yaranmış, 150 evə və həyətyanı sahəyə su dolmuş, 3 ev yararsız hala düşmüş, bir sıra fərdi evlərdə çatlar əmələ gəlmiş, elektrik dirəkləri, iki minik maşını aşmış, şəhərin yaşıllıq sahəsinə ziyan dəymişdir.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatlandırılmışdır. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerində tədbirlər görür, nasoslar vasitəsilə evlər və həyətyanı sahələrdən sular çəkilib kənara axıdılır.
Leysan yağışları nəticəsində Şamaxıya dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [12:30]
Sabah hava yağıntılı olacaq
- 06.11.2026 [10:41]
Dağlıq ərazilərə qar yağıb, hazırda bəzi yerlərdə duman müşahidə olunur
- 04.11.2026 [17:22]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 04.11.2026 [13:00]
Rayonlarda leysan olacaq - PROQNOZ
- 04.11.2026 [13:00]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək VİDEO
- 03.11.2026 [12:32]
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqVİDEO
- 02.11.2026 [13:44]