QƏSƏBƏDƏ ATS TİKİLƏCƏK
Uzun illər telefon rabitəsindən əziyyət çəkən sakinlərin müraciətlərini nəzərə alaraq, Aztelekom İstehsalat Birliyi Sulutəpə qəsəbəsini telefonlaşdıracaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qəsəbədə elektron tipli ATS-in quraşdırılması üçün işlər görülür. Hələlik ATS-də 2048 nömrə olacaq, gələcəkdə isə bunu 4000-ə çatdırmaq nəzərdə tutulur.