Azərbaycan Dövlət İnformasiya Agentliyi

QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də Maştağa qəsəbəsində sakinlərlə görüşdü. Qəsəbənin mərkəzinə toplaşmış minlərlə sakin dövlətimizin başçısını hərarətlə salamladılar, ona hörmət və ehtiramlarını ən səmimi sözlərlə ifadə etdilər.

Rayon ağsaqqalı, qəsəbənin qazısı Hacı Əsədulla dövlətimizin başçısının gəlişini yüksək qiymətləndirərək, ona Allah-Təaladan uzun ömür, cansağlığı arzuladı və Prezidentə Qurani-Kərim bağışladı.

Prezident İlham Əliyev ağsaqqallarla, sakinlərlə səmimiyyətlə görüşərək, göstərdikləri münasibətə görə təşəkkürünü bildirdi.

Maştağalılar ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı tarixi xidmətlərini məmnunluqla xatırlayaraq dedilər ki, ulu öndərimiz həmişə Maştağaya xüsusi diqqət və qayğı göstərmişdir. Siz də onun siyasi xəttini layiqincə davam etdirir, qəsəbəmizə böyük diqqət göstərirsiniz. Yollarımız, məktəblərimiz təmir olunur. Hamımız Sizə minnətdarlığımızı bildiririk. İstəyirik, xanımınızla birlikdə bizim məktəblərə gələsiniz. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun daxili və xarici siyasətini bundan sonra da dəstəkləyəcəyik.

Bəzi sakinlər respublikamızın rəhbərinə yaxınlaşaraq problemlərindən söz açdılar.

Prezident İLHAM ƏLİYEV onları narahat edən problemlərin araşdırılıb həll ediləcəyini bildirərək dedi:

- Siz narahat olmayın, bütün məktublara baxılır, bütün ərizə və şikayətlərə baxılır və bütün tədbirlər görülür. Mən olduğum bütün yerlərdə - rayonlarda, qəsəbələrdə, kəndlərdə məktubları yığıram, şikayətlərə baxıram və bu məsələlər operativ qaydada həll olunur. O cümlədən burada yığılan məktubların hər birinə cavab veriləcəkdir, bu məsələlər imkan daxilində öz həllini tapacaqdır. Ona görə, siz narahat olmayın.

Mən gəlmişəm ki, soruşum, sizi hansı əsas problemlər narahat edir. İşıqdır, sudur, qazdır, yoldur, məktəbdir - belə hansı ciddi problem var ki, mən bununla məşğul olum və kömək edim. Məni əsas maraqlandıran budur.

O ki qaldı şəxsi ərizələrə, onlara fərdi qaydada baxılacaq və lazımi tədbirlər görüləcəkdir. Kimə yardım lazımdırsa, o da göstəriləcək, başqa məsələlər də öz həllini tapacaqdır. Ona görə, mənə sizi narahat edən əsas məsələləri deyin.

MƏHƏRRƏM HƏSƏNZADƏ (Maştağadakı 108 nömrəli orta məktəbin direktoru): Cənab Prezident, bu, Sizin qəsəbəmizə ikinci gəlişinizdir. Xoş gəlmisiniz! Bütün maştağalılar adından Sizi hər bir evə dəvət edirəm, hər bir evin qonağı ola bilərsiniz. Siz də, ailəniz də bizim üçün çox əzizsiniz.

Maştağaya neçə illərdir asfalt salınmırdı. Asfalt salınan vaxt gəlmişdiniz.

İLHAM ƏLİYEV: Yox, yox, siz səhv edirsiniz. Mən keçmişdə Maştağaya çox gəlmişəm. 1970-ci illərdə də gəlmişəm.

MƏHƏRRƏM HƏSƏNZADƏ: Prezident kimi.

İLHAM ƏLİYEV: Bəli, Prezident kimi ola bilər.

MƏHƏRRƏM HƏSƏNZADƏ: Prezident kimi ikinci dəfədir gəlirsiniz. Ancaq mənim yaxşı yadımdadır ki, həftədə bir neçə dəfə bura gələrdiniz. Rəhmətlik Heydər Əliyevin tapşırığı ilə Maştağada Olimpiya İdman Kompleksi tikildi. Bu, Sabunçu və ətraf rayonlarda yeganə kompleksdir. Bunun özü təkcə Maştağanın yox, ətraf kənd və qəsəbə şagirdlərinin təlim-tərbiyəsində böyük rol oynayır. Biz cavanlığımızda belə bir yer tapa bilmirdik. Amma indi balalarımız, nəvələrimiz gedib orada idmanla məşğul olurlar.

Bu gün açılan Rabitə Evi də çox gözəldir. Mən o vaxt qəsəbə sovetinin sədri işləyirdim. Nömrə olmadığı üçün evə telefon çəkmirdilər. İndi Allaha şükür, hamımızın evində telefon var. Uşaqlarımız neçə gündür Rabitə Evində kompüterlərdən pulsuz istifadə edir, ingilis, fransız dillərini öyrənirlər. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Son zamanlar qəsəbədə işıq problemi həll olunmuşdur. İşıqdan əziyyət çəkmirik. Bütün respublikada olduğu kimi, Abşeronda da qaz məsələsi sarıdan çətinlik var. Bu, bir az yaxşı olsa, qış aylarında camaatın qazdan heç bir narazılığı olmaz. Məktəblərimiz yaxşı təmir olunur. Ümumiyyətlə, biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Növbəti seçkilərdə xalqın qayğısına qalan ən layiqli insanlara səs verməyə hazırıq. Zəhmət çəkib qəsəbəmizə gəldiyinizə görə bir daha çox sağ olun.

İLHAM ƏLİYEV: Sağ olun. Mən də sizi ürəkdən bir daha salamlayıram. Mən çox şadam ki, yenə də birlikdəyik. Maştağada dəfələrlə olmuşam. Burada qeyd olundu, ilk idman komplekslərindən biri də məhz Maştağada tikildi. Mən bəzən bu yolla gedəndə görürəm ki, o kompleksdə canlanma var, uşaqlar gedib məşğul olurlar, sağlamlıqlarını möhkəmləndirirlər. Eyni zamanda, yollar da çəkildi. Bu gün mənə deyildi ki, burada bəzi yollar yaxşı vəziyyətdə deyil. Mən tapşırıq vermişəm ki, həmin yollara bu yaxınlarda gözəl asfalt salınsın.

Demək olar ki, işıq problemi həll olundu. İndi əsas məsələ odur ki, gərək elə edək, qışda bu problem yaranmasın. Bunu etmək üçün də tədbirlər görürük, yeni stansiyalar tikilir, yeni avadanlıq alınır. Qaz məsələsində bir az qıtlıq var. O da təbiidir. Çünki istehsal etdiyimiz qaz bizə çatmır. Rusiyadan almağa məcburuq. Bəzi hallarda oradan verilir, bəzi hallarda verilmir. Yəni bizdən asılı olmayan səbəblərə görə bu məsələ bir az bizi narahat edir. Amma bu il əlavə qazın çıxarılması nəzərdə tutulubdur. Gələn il “Şahdəniz” yatağından qaz çıxarılacaq və beləliklə, ümid edirəm ki, ilyarım, iki ildən sonra bu məsələ tamamilə aradan götürülməlidir. İldən-ilə yaxşılaşacaqdır, amma tamamilə aradan qaldırılması üçün haradasa iki il vaxt lazımdır.

Başqa məsələlər də var. Gərək məktəblər tikilsin, müəssisələr işə salınsın. İndi regionların inkişaf proqramı da icra edilir. Mən istərdim ki, bu bölgələrdə də yeni müəssisələr, fabriklər, zavodlar, iş yerləri açılsın. Bunu etmək üçün gərək siz də, biz də birgə çalışaq. Proqramlar icra olunmalıdır, rayon icra hakimiyyətinin başçısı yaxşı işləməlidir. Gərək şəhər icra hakimiyyətinin başçısı diqqət göstərsin. Yəni mənim mövqeyim belədir. Əsas vəzifə insanlara diqqət göstərmək, problemlərlə maraqlanmaq, harada çatışmayan cəhət var, onu aradan qaldırmaqdır. Bunu etmək üçün, necə deyərlər, gərək mənim də məlumatım olsun. Mən məlumatı ancaq kabinetdə oturub hansısa arayışı oxumaqla əldə etmirəm. Gərək gəlim, görüm, sizinlə əlaqə saxlayım, sizdən soruşum, sizi nələr narahat edir, biz gərək nələri düzəldək. Mənim məqsədim budur.

Bir də gəlmişəm ki, sizi görüm. Bu gün gözəl bir poçt binası açılıbdır. Təkcə poçt binası deyil, orada həm internet var, həm canlı videokonfranslar keçirmək mümkündür, həm də çox mədəni, müasir xidmət göstərilir. İndi ölkəmiz müasirləşir, ölkəmizin hər bir yerində tikilən yeni obyektlər yüksək standartlara cavab verir. Bu da inkişafdır. Yəni bu inkişaf ildən-ilə daha da sürətlə gedəcəkdir. Əminəm ki, bizim bütün problemlərimiz öz həllini tapacaqdır.

Sizə bir daha öz salamlarımı, hörmətimi çatdırıram. Arzu edirəm ki, hər şey yaxşı olsun, sabitlik, əmin-amanlıq olsun, insanlar daha da yaxşı yaşasın. Mən də bunun üçün əlimdən gələni edəcəyəm. Sağ olun.

X X X

Azərbaycan Prezidenti sakinlərlə bir daha səmimiyyətlə görüşdü, ona göstərilən ehtirama görə təşəkkürünü bildirdi. Maştağalılar dövlətimizin başçısına ən xoş diləklərini çatdırdılar, ümummilli lider Heydər Əliyevin siyasətinin davam etdirilməsinə bundan sonra da yardımçı olacaqlarını vurğuladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellekt əsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Cinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qaraqoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-nin Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

8 Noyabr münasibətilə Zəfər parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib