Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağda yeni həyat

Qarabağda yeni həyat

Bakı, 3 mart, AZƏRTAC

Qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan başa düşülür ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər Prezidentin də vurğuladığı kimi layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib: “Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Dekabrın 23-də Prezidentin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. İlk növbədə, bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli komissiya bölgədə bütün nəqliyyat kommunikasiyalarının açılması və daha da genişləndirilməsi üzrə məsləhətləşmələr aparır və ən qısa zamanda həyata keçiriləcək layihələr təsdiq olunur. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq. Bütün bu tədbirlərin həyata keçməsi ölkənin infrastruktur orqanizmini canlandırmaqla yanaşı, həm də Cənubi Qafqazı yeni simalı geosiyasi regiona çevirəcək. Azərbaycanın Qərblə Şərq və Şimalla Cənub arasındakı geostrateji mövqeyi və əhəmiyyəti daha da güclənəcək.

Qarabağın 30 il ərzində dağıntılara və qarətlərə məruz qalmış əraziləri bərpa olunduqca bölgədə insanlar arası kommunikasiyaların canlanması və ərazidə yaşayan milli azlıqların multikultural Azərbaycan cəmiyyətinə reinteqrasiyası da öz həllini tapacaq. Bütün məcburi köçkünlər əvvəl yaşadıqları məntəqələrə, o cümlədən Xankəndiyə, Xocavəndə, Ağdərəyə və Xocalıya da öz doğma evlərinə qayıdacaqlar.

Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı yeni məşğulluq növlərinin yaradılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir. Ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunmuş torpaqların reabilitasiyası üzrə tədbirlərə artıq başlanıb və hətta 7 min ha sahədə dənli bitkilərin əkilməsi də həyata keçirilib. Lakin torpaqların böyük bir qisminin minalardan təmizlənməsi gələcəkdə yüz min hektarlarla ərazinin əhalinin istifadəsinə verilməsinə şərait yaradacaq. Azad olunmuş ərazilərin yaxın gələcəkdə ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə cəlb edilməsi, bir tərəfdən yeni iş yerlərinin açılmasına və digər tərəfdən ümumi daxili məhsulun həcminin kifayət qədər artmasına imkan verəcək.

Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malik bölgələrdir. Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də öz təyinatına uyğun şəkildə geniş bərpa işləri həyata keçiriləcək. Şuşa öz gözəlliyi və əzəməti ilə dünyanın bütün bölgələrindən gələn turistləri yenidən heyran edəcək.

Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu və bir məqsədlə - işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımalarının həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

8 Noyabr münasibətilə Zəfər Parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub