Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qalibiyyət Lideri!

Qalibiyyət Lideri!

Bakı, 23 dekabr, AZƏRTAC

XXI yüzilliyin 20-ci ilini başa vurmaqdayıq. İl sonlarında, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir-birimizi təbrik edərkən işlətdiyimiz cümlələr 30 ilə yaxındır eyni məzmunlu olurdu: “Arzu edirəm, gələn bayramı, yeni ili Şuşada qarşılayaq”. Bu il bu arzumuz çin olub, inamımız doğrulub. Bu inamı bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız başda olmaqla Azərbaycan Silahlı Qüvvələridir! Cənab Ali Baş Komandana çox minnətdarıq. Uzun illərin həsrətinə son qoyuldu, xalqın inamı özünə qayıtdı. Generallarımız, zabitlərimiz, əsgərlərimiz, məcburi köçkünlərimiz, ev-eşiyi dağılmış mülki əhali - bir sözlə, qədirbilən xalqımız İlham Əliyevin dövlət və siyasi xadimi, ölkə rəhbəri olaraq necə gərgin işlədiyini Vətən müharibəsində bir daha gördü. Cənab Prezidentin özəlliklə şəhid ailələrinə, yaralı hərbçilərimizə diqqət və qayğısı örnək təşkil edir. Prezident İlham Əliyevin dövlət idarəetmə məktəbi, ustad diplomatiya dərsləri, dövlət-xalq birliyinin təntənəsini yaşatması 44 gün içində özünü xüsusilə parlaq şəkildə göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Qənirə Paşayeva deyib: “44 günü niyə qabardıram? Birincisi, ona görə ki, o, 44 gündə əldə etdiyimiz uğura gedən yol var idi - illərin zəhməti var idi o möhtəşəm günlərdə. Məqsədyönlü siyasətin, o cümlədən iqtisadi siyasətin, xarici siyasətin, ordu quruculuğunun, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin nəticələri iştirak edib 44 günlük Vətən müharibəsində...

İkincisi, biz o günlərdə apardığımız mübarizə nəticəsində böyük bir tarixi sınaqdan keçdik və Zəfər qazandıq. Üçüncüsü, dünyanın düz vaxtı qərar qəbul etmək, rəhbərlik etməklə müharibə dövründə dövlətə rəhbərlik etmək eyni tutula bilməz. Dördüncüsü, 44 gün 44 günün özündə qalmayıb, öz nəticələri ilə böyük sabahımızı şəkilləndirir, bu günümüzdə iştirak edir, gələcəyimizdə iştirak edəcək. Demək, əldə edilmiş nəticələrin qorunması, uğurların davam və inkişaf etdirilməsi əsas mövzudur. Bütün bu amillərdən danışarkən məhz Müzəffər Ali Baş Komandanın titanik səylərini minnətdarlıqla vurğulayırıq. Xalqa müraciətlər, “twit”lər, xarici media orqanlarına müsahibələr, diplomatik görüşlər, saysız-hesabsız telefon zəngləri və sair... Bizim nəsil 44 gün içində 44 ilin miqyasında hadisələrin şahidi, iştirakçısı oldu. Bu günləri bizə yaşadan Tanrımıza şükürlər olsun.

Çəkinmədən deyirik, dövlətimizə Prezident İlham Əliyev kimi dünya miqyaslı siyasi xadimin başçılıq etməsi hərb meydanında da, siyasi-diplomatik sahədə də qələbələrimizin rəhnidir. Dost da, düşmən də bir daha gördü ki, Azərbaycanın müstəqil xarici siyasəti var. Ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevrilməsi tarixi gerçəklikdir, qəbul edilməli, hesablaşılmalı həqiqətdir.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrünə aid, dövlət başçısının fəaliyyətinin elmi-nəzəri, konseptual təhlili zaman-zaman ayrı-ayrı alimlər, araşdırmaçılar tərəfindən işlənib. İnanıram ki, bundan sonra yazılacaq əsərlər indiyədək formalaşdırlmış nəzəri bazaya da əsaslanaraq Vətən müharibəsindəki Zəfərimizlə daha da zənginləşəcək.

Necə çətin dövrlərdə necə düzgün qərarlar verilib - gələcəyin Azərbaycanında xoşbəxt nəsillər oxusun, öyrənsin, qürur duysun. Bu, dövlətçilik irsi kimi gələcək nəsillərə ünvanlanmalıdır.

Prezident İlham Əliyev dövlət xadimi və siyasi xadim olaraq şanlı keçmişimizi, milli qürurumuzu bütün kəsafətlərə, gərginliklərə, üzüntülərə baxmayaraq, inam, qətiyyət və prinsipiallıqla gələcəyə daşıyır. Bu, özünə inam, xalqına inam, öz qəlbində xalqına, Vətəninə bəslədiyi duyğulara inam və o duyğuları ən mürəkkəb şəraitdə də əməli müstəvi üzərində ustalıqla təcalla etdirməkdən keçir. “Gələcək nəsillərə güclü Azərbaycan dövləti qoymaq amalına sahib olmaq”. Məncə, Prezidentimizin tarixi uğurunun sirri burdadır.

Prezident İlham Əliyev qarşısına strateji hədəflər qoyan və o hədəflərə necə, nə vaxtadək, kiminlə çatmaq planında alternativlərin ən yaxşısını seçən Liderdir. O, çağdaş tələblərə cavab verən, rəqabətə davamlı iqtisadi sistemin yaradıcısıdır. Məhz Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində respublikamız yeni infrastruktur layihələrin meydanı oldu, ölkəmizdə yeni iqtisadi, sosial, mədəni infrastruktur formalaşdırıldı. Çağdaş dövlət və vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət yaşamının bütün sahələrini əhatə edən islahatlar və sair Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Prezidenti özü dediyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində insan amili” durur. Dövlətimizin başçısının siyasətində humanizm prinsipinin, multikulturalizm ənənəsinin inkişaf etdirilməsi, eləcə də güclü milli birlik və vətəndaş həmrəyliyi xüsusi istiqamətlərdir.

Beləliklə, Prezident İlham Əliyev hələ 17 il əvvəl qarşıya qoyduğu, bəyan etdiyi strateji hədəflərə nail olunması üçün bütün sahələrdə uğur qazanıb. Buraya istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində aparılmış məqsədyönlü, ardıcıl siyasət, bir sözlə, “güclü dövlət” konsepsiyası daxildir.

Prezident İlham Əliyev qurucu, birləşdirici, xalqın istək və arzularını həyata keçirə bilən, dövlətin, xalqın maraqlarını ən ali məqsəd olaraq öz siyasətinin mərkəzinə qoyan, buna görə də qədirbilən xalqımızın yüksək etimad göstərdiyi, etibar etdiyi Liderdir.

Azərbaycan Prezidenti praqmatik siyasətçidir. Prezidentin siyasətini təhlil edən yerli və xarici mütəxəssislər də vurğuladığı kimi, o, hadisələri, prosesləri dəqiq qiymətləndirir, önəmli məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi vədləri gerçəkləşdirir - 44 günlük Vətən müharibəsində olduğu kimi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Ermənistan haqqında təhlilləri, uğursuz dövlətin “gələcəy”i barədə proqnozları indi erməni cəmiyyətinin əsas müzakirə mövzularındandır. O cəmiyyət ki, öz siyasi-hərbi rəhbərliyi tərəfindən illərlə qəflət yuxusuna verilmişdi. Artıq kimsə daşları ətəyindən töksün, kimsə daşları ətəyinə yığsın, bizim üçün fərq etməz - Azərbaycanın uğur qatarı kəsafətləri yara-yara irəliləyir, daha da irəliləyəcək. Hər kəs öz gələcəyini özü müəyyənləşdirir - şəxs olaraq da, xalq olaraq da, dövlət olaraq da...

Dövlətimiz var olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-nin Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

8 Noyabr münasibətilə Zəfər parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib