Oğurluq hadisələri ilə bağlı araşdırma aparılır
Bakı, 27 iyul (AZƏRTAC). Xəbər verildiyi kimi, iyulun 24-də Hacıqabul Lokomotivləri Əvəzetmə Məntəqəsinin həyətindəki elektrovozun hissələri oğurlanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul şəhər sakinləri Rövşən Vəliyev, Habil Abbasov, Müşfiq Mansurov və Müzəffər Cəfərov iyulun 26-da saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 26-da 96 saylı xətt avtobusunda Bakı şəhər sakini Qara Məmmədovun cibindən 550 manat pul oğurlamış Gəncə şəhər sakini Rafiq Məmmədtağıyev Çevik Polis Alayının və Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları isə oğurluq etdiyinə görə, vətəndaş Dəyanət Məmmədovu saxlamışlar.
Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun digər cinayət əməllərinin də üstü açılmışdır.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]