Oğrular məsuliyyətə cəlb olunmuşlar
Bakı, 4 may (AZƏRTAC). Mayın 3-də Nicat Cəfərova məxsus “VAZ-2107” markalı avtomobildən geyim əşyaları və ehtiyat təkəri oğurlanmışdır.
Nəsimi Rayon Polis İdarəsi 21-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Orxan Sadıqov yaxalanmışdır.
O.Sadıqovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 26-da Ramal Rüstəmova, aprelin 2-də Sabir Rəhimova və aprelin 20-də Anar Hüseynova məxsus avtomobillərdən də oğurluq etməsi müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]