“New Media Hub” platforması çərçivəsində təlimlər davam edir
Bakı, 21 iyun, AZƏRTAC
“Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə "New Media Hub" platforması çərçivəsində təlimlər davam edir.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, növbəti təlim "Azxəbər.com” İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli tərəfindən keçirilib.
Təlim zamanı Hacıbəy Heydərli "Sosial və internet media: oxşar və fərqli cəhətlər" adlı mövzu ilə bağlı öz təcrübəsini gənclərlə bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər verib.
Səmimi söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.
Qeyd olunub ki, “New Media Hub” layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra edilir.