MİNGƏÇEVİRƏ SƏRNİŞİN QATARI İŞLƏYİR
Bakıdan Mingəçevirə sərnişin qatarı işləməyə başlamışdır. Bu münasibətlə Mingəçevirdə ümumşəhər mitinqi keçirilmişdir. İcra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı, Azərbaycan Dövlət dəmir Yolunun rəisi Ziya Məmmədov, Milli Məclisin deputatları Zəlimxan Yaqub, Aydın Mirzəzadə, İbrahim İsayev, Elton Məmmədov, ictimaiyyətin nümayəndələri mitinqdə çıxış etmişlər.
Natiqlər bildirmişlər ki, energetiklər şəhərinin salındığı 53 il ərzində mingəçevirlılər həmişə dəmir yolu nəqliyyatının xidmətindən istifadə etməyi arzulamışlar. Nəhayət, bu arzu Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsi göstərişi və qayğısı ilə reallaşmışdır. Azərbaycan Dövlət Dəmir Yolu qısa müddətdə Mingəçevirdə hər cür şəraiti olan geniş vağzal binası inşa etmiş, müasir tələblərə cavab verən rahat, vaqonlardan ibarət sürət qatarı marşrutu açmışdır. Mingəçeviri ölkəmizin paytaxtı ilə birləşdirən bu marşrutdan respublikanın şimal-qərb bölgəsinin əhalisi də istifadə edə biləcəkdir.
Mitinqdə çıxış edənlər Azərbaycan Prezidentinin müstəqil dövlətimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəlməsi naminə apardığı məqsədyönlü siyasəti yüksək qiymətləndirmiş, onu daim müdafiə edəcəklərini bildirmişlər.
Mitinq iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olunmuşdur.
Bakıdan yola salınmış “Ana Kür” sərnişin qatarı şən musiqi sədaları altında Mingəçevir vağzalına yan almışdır. Bu əlamətdar hadisə münasibətilə qurban kəsilmişdir.
Sonra mitinq iştirakçıları Şəhidlər xiyabanını ziyarət etmiş, azərbaycanlıların soyqırımı və deportasiyası abidə kompleksinin önünə əklillər qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Batabat yaylağına qar yağır
- [11:18]
Bu gün Şuşa Şəhəri Günüdür
- [08:00]
Slovakiyada Zəfər Günü təntənəsi
- [06:48]
Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib
- 07.11.2026 [23:39]
İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub
- 07.11.2026 [22:43]
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb
- 07.11.2026 [22:20]
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
- 07.11.2026 [22:11]
Premyer Liqanda XI turun daha iki oyunu keçirilib
- 07.11.2026 [21:55]
Aaron S. Uotkin: BIAF-2006 festivalının gözəl ab-havası var
- 07.11.2026 [21:20]
Metronun “28 May” stansiyasında “Zəfər arzuları” adlı sosial aksiya olub
- 07.11.2026 [21:18]
Cakartada Azərbaycanın Zəfər Günü qeyd olunub
- 07.11.2026 [20:53]
Malayziyada Azərbaycanın Zəfər Günü qeyd olunub
- 07.11.2026 [20:44]