MİNGƏÇEVİRDƏ BAYRAM TƏDBİRLƏRİ
AZƏRTAC xəbər verir ki, Mingəçevirdə 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilir. Şəhərin bütün elm, təhsil və mədəniyyət müəssisələrində ədəbi-bədii gecələr, disputlar,foto-rəsm sərgiləri, inşa yazı müsabiqələri təşkil edilmişdir.
İcra hakimiyyəti və Yeni Azərbaycan partiyası şəhər təşkilatı əlamətdar tarixi günə və prezident seçkilərinin bir illiyinə həsr olunmuş elmi konfrans keçirmişdir. Kür çayı üzərində avarçəkənlərin nümunəvi çıxışları olmuşdur. Mingəçevir Dövlət Dram Teatrı “Torpaq, Vətən, Şəhid” adlı musiqili ədəbi kompozisiya hazırlamışdır.