MİLLİ MƏCLİSİN İCLASINDA
AZƏRTAC xəbər verir ki, iclasda “Qan və onun komponentlərinin donorluğu və qan xidməti haqqında” və “Elektron ticarət haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Sosial siyasət daimi komissiyasının üzvü Musa Quliyev “Qan və onun komponentlərinin donorluğu və qan xidməti haqqında” qanun layihəsi barədə məlumat verərək bildirmişdir ki, burada qan və onun komponentlərinin donorluğunun inkişafı, bu sahədəki münasibətlərin tənzimlənməsi ilə yanaşı, qan xidmətinin təşkilinin əsasları da öz əksini tapmışdır.
Müzakirələr zamanı donorluğa görə yuxarı yaş həddi ilə bağlı məhdudiyyətin aradan qaldırılması, donorluğun pullu olması, donorların sosial müdafiəsi və qan bankının yaradılması məsələlərinin də layihədə öz əksini tapması təklif edilmişdir.
Layihə səsə qoyularaq əsas kimi birinci oxunuşda qəbul olunmuşdur.
Sonra elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov “Elektron ticarət haqqında” qanun layihəsi barədə məlumat vermişdir.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, bu qanunun məqsədi Azərbaycan Respublikasında müasir informasiya texnologiyaları vasitəsilə ticarətin (elektron ticarət) həyata keçirilməsinin hüquqi əsaslarını, onun aparılma qaydalarını və prosesdəki iştirakçıların hüquq və vəzifələrini müəyyən etməkdən ibarətdir. Qanun elektron ticarətin həyata keçirilməsi zamanı şəxslər arasında bağlanan və onların iştirakı ilə həyata keçirilən müqavilələr və digər hüquqi fəaliyyətləri zamanı yaranan münasibətləri tənzimləyir.
Geniş müzakirələrdən sonra bu layihə də birinci oxunuşda qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.11.2026 [17:49]
Vyanada Zəfər Günü qeyd olunub
- 09.11.2026 [17:22]
Oman Sultanlığında Zəfər Günü qeyd edilib
- 09.11.2026 [17:18]
Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib
- 09.11.2026 [16:57]
Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib
- 09.11.2026 [16:43]
Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir
- 09.11.2026 [14:21]
Brüsseldə Zəfərdən danışılıb
- 09.11.2026 [13:55]
Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub
Vyanada Zəfər Günü qeyd olunub
- [17:49]
Dohada Zəfər Günü qeyd olunub
- [16:37]
Zəfər Günü Tallində qeyd olunub
- [15:44]
Brüsseldə Zəfərdən danışılıb
- [14:21]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
- [11:17]
Birjalarda neft bahalaşıb
- [08:37]