MİLLİ MƏCLİSİN İCLASINDA
AZƏRTAC xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsinə başlamazdan əvvəl parlamentin sədri Murtuz Ələsgərov deputatları “Əsrin müqaviləsi”nin imzalanmasının 10 illiyi münasibətilə təbrik etmişdir. O demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının təməli qoyulmuşdur. Bu gün isə bütün Azərbaycan xalqı onun bəhrəsini görür və həmin addımın ölkəmiz üçün necə vacib olduğunu dərk edirlər.
Sonra deputatlar adından Prezident İlham Əliyevə təbrik qəbul edilmişdir (təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Gündəlikdəki məsələlərin müzakirəsinə təşkilati məsələ ilə başlanmışdır. Deputatlar Cahangir Hüseyn oğlu Hüseynov hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, Elton Arzuman oğlu Məmmədov isə təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavinləri seçilmişlər.
Sonra deputatlar “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanuna, Şəki rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunmasına, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş bələdiyyələrin siyahısına əlavə və dəyişikliklər edilməsinə, Ağstafa, Ağsu, Saatlı, Tərtər rayonlarında bələdiyyələrin yaradılmasına razılıq vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.11.2026 [17:49]
Vyanada Zəfər Günü qeyd olunub
- 09.11.2026 [17:22]
Oman Sultanlığında Zəfər Günü qeyd edilib
- 09.11.2026 [17:18]
Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib
- 09.11.2026 [16:57]
Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib
- 09.11.2026 [16:43]
Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir
- 09.11.2026 [14:21]
Brüsseldə Zəfərdən danışılıb
- 09.11.2026 [13:55]
Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub
Vyanada Zəfər Günü qeyd olunub
- [17:49]
Dohada Zəfər Günü qeyd olunub
- [16:37]
Zəfər Günü Tallində qeyd olunub
- [15:44]
Brüsseldə Zəfərdən danışılıb
- [14:21]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
- [11:17]
Birjalarda neft bahalaşıb
- [08:37]