LENİN MAVZOLEYDƏ QALACAQMI?
RFKP-nin lideri Gennadi Zyuqanov demişdir: “Biz bütün ölkədə itaətsizlik aksiyaları təşkil edəcək və bu həngaməyə yol verməyəcəyik”. O xatırlatmışdır ki, hazırda kommunistlər bu məsələyə dair referendum keçirir və artıq 4,5 milyon imza toplamışlar.
Zyuqanov Leninin cəsədinin başqa yerdə dəfn edilməsi ideyasını “əksinqilabın tarixi tamamilə yenidən yazmaq cəhdi” adlandıraraq bildirmişdir: “Tariximizi və müqəddəs yerlərimizi qorumaq üçün kifayət qədər ağıl-zəkamız və iradəmiz var”.
Leninin cəsədinin başqa yerə köçürülməsi məsələsi ilə bağlı diskussiyalar 15 ildən çoxdur davam edir. Bunu birinci olaraq rejissor Mark Zaxarov təklif etmişdir. Bu məsələ siyasətçilər, mədəniyyət və din xadimləri tərəfindən dəfələrlə müzakirə olunmuşdur. Təklif verilmişdir ki, inqilabın rəhbəri, özünün vəsiyyət etdiyi kimi, Peterburqda Volkov qəbiristanında torpağa tapşırılsın.
Bu məsələ ötən həftə RF Prezidentinin Mərkəzin federal dairədə səlahiyyətli nümayəndəsi Georgi Poltavçenkonun və Rusiya Mədəniyyət Fondunun sədri Nikita Mixalkovun birgə mətbuat konfransında yenidən müzakirə olunmuşdur. Mixalkov xatırlatmışdır ki, Vladimir İliç anasının yanında dəfn olunmasını xahiş etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Vyanada Zəfər Günü qeyd olunub
- [17:49]
Dohada Zəfər Günü qeyd olunub
- [16:37]
Zəfər Günü Tallində qeyd olunub
- [15:44]
Brüsseldə Zəfərdən danışılıb
- [14:21]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
- [11:17]
Birjalarda neft bahalaşıb
- [08:37]