KÜRBOYU BƏNDLƏRDƏ MONİTORİNQ APARILMIŞDIR
Zərdab, 9 iyun (AZƏRTAC). Zərdab rayonunda təbii fəlakətin nəticələrinin dəqiqləşdirilməsi, Kür çayında daşqın təhlükəsinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Leysan yağışları və Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində rayonda 1204 həyəti su basmış, 34 ev uçmuş, qəzalı vəziyyətə düşmüş 89 evin sakinləri köçürülmüş, 2517,2 hektar əkin və örüş sahələri su altında qalmışdır.
Hazırda rayonda bütün qüvvələr Kür çayında sahilbərkitmə işlərinə səfərbər edilmişdir. Hər gün sahilbərkitmədə orta hesabla 3000 nəfər sakin iştirak edir. İndiyədək 139 min kisə torpaqla doldurularaq sahilin daha təhlükəli yerlərinə düzülmüşdür.
Son günlər Kür çayında suyun səviyyəsi sabitləşmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Kür çayı boyu sahil bəndlərinin və bəndlərdəki su sızan yerlərin monitorinqi keçirilmişdir.
Hazırda monitorinqin nəticələri ilə əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [12:57]
Sabah ölkə ərazisində hava şəraiti necə olacaq? VİDEO
- 19.11.2026 [15:47]
Yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
- 19.11.2026 [13:12]
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ VİDEO
- 18.11.2026 [16:21]
COP31-in rəngarəng anları FOTOLARDA
- 18.11.2026 [12:49]