İsveçdə mal əti çatışmazlığı problemi davam edir
Stokholm, 11 mart, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin hələ Milad və Yeni il bayramları dövründən üzləşdiyi mal əti çatışmazlığı problemi davam edir.
AZƏRTAC xəbər verir ki, problemin tezliklə həll ediləcəyi vəd edilsə də, ət dükanlarının rəfləri hələ də boşdur.
“Svenskt Kött” (“İsveç əti”) təşkilatının baş direktoru İzabel Morettinin sözlərinə görə, çatışmazlığın səbəbi nəinki İsveçdə, hətta bütün Avropa İttifaqı ölkələrində istehsalın azalmasıdır.
Qiymət artımı, yüksək inflyasiya və faiz dərəcələri təkcə istehlakçılara deyil, istehsalçılara da təsirini göstərib və bu sahəyə yatırımları azaldıb. İndiki halda idxal problemi həll edilə bilməz, çünki tədarük məhdud, idxal edilən ətin qiyməti isə yüksəkdir.
Çatışmazlıq yalnız mal ətinə aiddir, bazarda kifayət qədər donuz əti var.
Əsas çətinlik budur ki, mal ətinin istehsal dövrü daha uzundur. Bir heyvanın yetişdirilməsi azı üç il vaxt tələb edir. Donuz və toyuq daha tez ərsəyə gəlir.
Moretti vurğulayır ki, bazarın bərpası üçün sabit istehlakçı tələbi vacibdir. Lakin vəziyyətin nə vaxt normallaşacağı hələ də məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [04:34]
İİKK: Hörmüz boğazında qaydaları pozan iki tanker minaya düşərək yanıb
- 08.11.2026 [03:07]
ABŞ qüvvələri Oman körfəzində ticarət gəmisini zərərsizləşdirib
- 08.11.2026 [01:41]
Polşada atəş açan şəxsin evində üç nəfərin cəsədi tapılıb
- 07.11.2026 [22:11]
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
- 07.11.2026 [08:58]
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
Batabat yaylağına qar yağır
- [11:18]
Bu gün Şuşa Şəhəri Günüdür
- [08:00]
Slovakiyada Zəfər Günü təntənəsi
- [06:48]
Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib
- 07.11.2026 [23:39]
İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub
- 07.11.2026 [22:43]
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb
- 07.11.2026 [22:20]
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
- 07.11.2026 [22:11]
Premyer Liqanda XI turun daha iki oyunu keçirilib
- 07.11.2026 [21:55]