İstehsalatda bədbəxt hadisə
Sumqayıt, 1 avqust (AZƏRTAC). Bu gün təxminən saat 13-də ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun 14 nömrəli sexinin ərazisində bədbəxt hadisə baş vermişdir. Sumqayıtın 20-ci məhəlləsində yaşayan 1962-ci il təvəllüdlü Əliyar Qurban oğlu Həsənov elektrik cərəyanı vurmasından iş yerində həlak olmuşdur. Ölüm ani baş vermişdir. Hadisə yerində şəhər prokurorluğunun əməkdaşları işləyirlər. Bu barədə AZƏRTAC-ın müxbirinə Sumqayıtın polis idarəsindən xəbər vermişlər.
“Azərikimya” İB-dən alınmış məlumata görə, Ə.Həsənov tikinti-təmir idarəsində elektrik qaynaqçısı işləyirdi.
Hüquq mühafizə orqanlarının nümayəndələri hadisənin səbəblərini araşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]