İlon Musk antisemitizm ittihamlarını rədd edib
Bakı, 20 noyabr, AZƏRTAC
“X” (keçmiş tviter) sosial şəbəkəsinin sahibi İlon Musk bəşəriyyətə yalnız daha yaxşı və firavan gələcək arzuladığını bildirib.
AZƏRTAC xəbər verir ki, sahibkar ona qarşı irəli sürülən antisemitizm ittihamlarını “saxta hekayələr” adlandırıb.
“Keçən həftə mediada mənim antisemit olduğumu iddia edən yüzlərlə yalan xəbər çıxdı. Heç bir şey həqiqətdən uzaq ola bilməz”, - deyə İlon Mask öz səhifəsində yazıb.
Daha əvvəl Mask sözügedən sosial şəbəkənin istifadəçilərindən birinin “Yəhudi icmaları özlərinə qarşı dayandırmağı tələb etdikləri dialektik nifrəti ağdərililərə qarşı təbliğ edirlər” postuna “Siz doğru deyirsiniz” şərhini yazmışdı.
Bu şərh Ağ Evin də etirazına səbəb olub. Bundan əlavə, 164 ravvin İlon Maskın sözlərinə cavab olaraq böyük korporasiyaları “X” sosial şəbəkəsində reklamı dayandırmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.11.2026 [20:21]
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
- 09.11.2026 [19:23]
İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir
- 09.11.2026 [18:23]
2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq
- 09.11.2026 [17:00]
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
- 09.11.2026 [14:24]
Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub
- 09.11.2026 [12:43]
Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb
- 09.11.2026 [12:35]
Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur
Vyanada Zəfər Günü qeyd olunub
- [17:49]
Dohada Zəfər Günü qeyd olunub
- [16:37]
Zəfər Günü Tallində qeyd olunub
- [15:44]
Brüsseldə Zəfərdən danışılıb
- [14:21]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
- [11:17]
Birjalarda neft bahalaşıb
- [08:37]