Göyçay rayon sakini itkin düşüb
Göyçay, 13 sentyabr, AZƏRTAC
Göyçay rayonunun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fuadın ailə üzvləri bununla bağlı Göyçay Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşları onu itkin kimi qeydiyyata alaraq tapılması üçün tədbirlər görürlər. Məlumata görə, Fuad Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngli çəkələk olub.
Onu görüb tanıyan şəxslərdən 050 - 853-65-21 (Valeh, əmisi oğlu) telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.