Gəncədə “LED” lampalar istehsal olunacaq
Gəncə, 14 avqust, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək. Müəssisədə “LED” lampalar istehsal ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəssisədə aparılan təmir işlərinin 80 faizi yekunlaşıb və bu yaxınlarda dəzgahların quraşdırılmasına başlanılacaq. İstehsal olunacaq “LED” lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etməyə imkan verəcək.
Müəssisənin cari ilin oktyabr ayının sonlarında istismara verilməsi planlaşdırılır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin ediləcək. Müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [20:58]
Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub
- 20.11.2026 [19:52]
Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub
- 20.11.2026 [18:20]
Naxçıvanda Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib
- 20.11.2026 [18:20]
Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır
- 20.11.2026 [17:59]