Gəncə rəngli şəhərə çevriləcəkdir
Gəncə, 3 sentyabr (AZƏRTAC). Gəncədə aparılan abadlıq və quruculuq işləri başa çatdırıldıqdan sonra şəhərin rənglənməsinə başlanacaqdır. Belə ki, şəhərdə olan əksər binalar, hətta səkilərin kənarları da rənglənəcəkdir.
Şəhərin baş rəssamı Şərif Şərifovun bildirdiyinə görə, şəhərin rənglənməsi sakinlərin əhval-ruhiyyəsinə müsbət təsir göstərəcəkdir. Bunun üçün xüsusi dizayn nümunələri hazırlanmışdır. Həmin dizayna əsasən Gəncəyə xas olan qırmızı kərpiçə uyğun rənglərin vurulmasına üstünlük veriləcəkdir. Rənglənməzdən qabaq binalara şəhərin memarlıq üslubuna uyğun xüsusi üzlük vurulacaqdır. Bir sözlə, istər Gəncə sakinləri, istərsə də şəhərə gələn qonaqlar burada tamamilə yeni mənzərə ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]