Azərbaycan Dövlət İnformasiya Agentliyi

#gəlirik, Kağan dağlar

#gəlirik, Kağan dağlar

Bakı, 16 noyabr, AZƏRTAC

Tarixi günlər yaşayırıq...

İllərboyu həsrətlə yaşadığımız o gün gəlib çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Qarabağı, o cümlədən Şuşanı yağı düşməndən azad etdi. Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı!

Bu fikirlər sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlinin “#gəlirik, Kağan dağlar” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

30 il... Ömrümüzdən alınan üç onillik. Bu illəri itirilmiş qürurumuzla yaşamağa məhkum olduq. Ağladıq, sızladıq, özümüzü qınadıq.

Çox sözlər eşitdik. Çox təhqirlərə dözdük. Səbir etdik. Biri “alverçi”, biri “qoyun” dedi. Ancaq bilmədilər ki, o “xırda alverçi” - üstü nimdaş, çox vaxt uşaq qədər saf və sadəlövh, gecə-gündüz, soyuq-isti bilmədən evinə çörək qazanan, ancaq mənən güclü, vətənpərvər oğullar sabah əlinə silah alıb şirə, pələngə dönəcək, işğalçının cavabını verəcək. Döyüş meydanında boz qurda çevrilib yadelli əsgəri parçalayacaq. Dişi, dırnağı ilə qayalara dırmaşacaq, sərrast atəşlə düşməni “gorbagor” edəcək, canı-qanı bahasına doğma yurdunu azad edəcək.

Bu illər ərzində həyatımızda xoş günlərimiz, uğurlarımız da oldu. Ancaq Qarabağ dərdi hər dəfə sevincimizə bir kədər pərdəsi saldı. Ürəkdən sevinməyə qoymadı.

İnamın, ümidin sanki sınacağı bir anda - o Böyük Gün gəldi!

Zəfər çaldıq! Tarix yazdıq! Ulu Tanrıya şükürlər olsun! 30 ilin düyününü 44 günün içində açdıq və dünyaya səs saldıq! Müzəffər Ali Baş Komandanın dediyi kimi, xalq bir yumruğa döndü, millətindən, dinindən asılı olmayaraq, birləşdi, bütövləşdi. Biz dünyaya ağıl, bilik, güc, mərdanəlik göstərdik. Biz çoxlarının gizli-gizli həsəd apardıqları birlik, xeyirxahlıq, sülhpərvərlik, beynəlxalq qanunlara hörmət nümayiş etdirdik! Həddən artıq mürəkkəb siyasi-ictimai bir şəraitdə və zamanda özümüzü təsdiqlədik. Azərbaycanın savaş tarixinə, dünya hərb tarixinə, dərsliklərə düşəcək şanlı səhifə yazdıq.

Qələbələrimiz sınmış qürurumuzu özümüzə qaytardı. Əyilmiş qəddimizi düzəltdi, bükülmüş boynumuzu dikəltdi. Göz yaşlarımızı sildi. Alçaldılmış, sarsılmış ruhumuzu dirçəltdi!

Şuşa hamımız üçün - bütün Azərbaycan xalqı üçün müqəddəsdir. Lakin biz musiqiçilər üçün Şuşanın öz yeri var. Şuşa Azərbaycanın musiqi beşiyi, mədəniyyət ocağı, dahi Üzeyir bəyin ana yurdudur. Bütün Qafqazın, əslində bütün Şərqin Konservatoriyasıdır. Birmənalı şəkildə demək olar ki, musiqi xəzinəmizin zəngin sənət örnəklərinin əksəriyyəti məhz Qarabağın xanəndə və sazəndələrinin, eləcə də ustad aşıqlarının adı ilə bağlıdır. Azərbaycan milli musiqi irsinin əsas hissəsi məhz Qarabağın payına düşür - desək, yanılmarıq.

Yenə gözüm önündə kitablara, yaddaşlara əbədi həkk olunmuş unudulmaz bir mənzərə canlanır...

Cıdır düzü... İsa bulağı... İçimizə çəkdiyimiz həyat dolu dərin nəfəs... Ruhumuzu oxşayan həzin su şırıltısı... Güllü-çiçəkli təbiət qoynu, bülbüllərin cəh-cəh vurduğu yamyaşıl bir orman, musiqi sədalarının eşidildiyi, dadlı təamların ətrinin yayıldığı bir cənnət-məkan...

Bulaq başında oxuyan Xan... və bu cızdığım tablonun ən parlaq, həyəcanla gözlənilən anı - heyrətamiz “Qarabağ şikəstəsi”nin ürəkləri titrədən zil sədaları... Uca dağların qoynunda havalanan, qəlblərə süzülən, bəzən nikbin, bəzən də kədərlə yüksələn avaz, sehrli bir səs... Bənzərsiz ifa... Və bu səsi heyranlıqla dinləyən böyük bir izdiham.

Bu, Şuşanın səsidir, Qarabağın səsidir. O səs ki, bizi ardınca çəkib aparır. Qəlbimizi təmizləyir, ruhumuzu saflaşdırır, bizi özümüzə tanıdır... Bu, həmin səsin əks-sədasıdır ki, Azərbaycan əsgəri Şuşada otuz ildən sonra Gövhər Ağa məscidində Azan oxuyur, “Qarabağ şikəstəsi” ilə içindəki duyğuları silkələyir, əlinə keçən qarmonu ilə hayqırır, azad edib qucaqlaşdığı Şuşada - evlərdən birində rast gəldiyi royalda sevinclə “Sarı gəlin” havasını çalır, oxuduğu el havalarıyla həyatsevər, qəhrəman ruhunu sərgiləyir.

Vətən müharibəsi xalqımızın üstün keyfiyyətlərini bir daha üzə çıxardı: bitib-tükənməyən yaradıcılıq həvəsini, yumor hissini, həyata nikbin baxışlarını...

Xalq durmadan özünün aşıb-coşan hisslərini ifadə edir, baş verən hadisələrə münasibətini şeirlə, musiqi ilə ifadə edir. Yeni bayatılar, yeni mahnılar, yeni deyimlər, yeni lətifələr və başqa çağdaş folklor nümunələri yaranır. Görün Cabbar Qaryağdının məşhur “İrəvanda xal qalmadı” mahnısının poetik mətni bu günlərdə xalq tərəfindən necə səsləndirilib:

İrəvanda tank qalmadı,

O tank nə tankdı

Qoşa düzdürmüsən.

Tank mənim, torpaq mənim,

Xalxa nə var ki, hara düzdürmüşəm?

MN deyib ki, ora düzdürmüşəm. (MN-Müdafiə Nazirliyi)

Səməd Vurğunun “Qarabağ şikəstəsi” havasında oxunan məşhur misraları isə bu gün aşağıdakı şəkildə zamana uyğunlaşdırılıb:

Ordum keçir Qarabağdan!

Gah o dağdan, gah bu dağdan

Axşamüstü qoy uzaqdan

Havalansın İlham səsi:

Qarabağın Qələbəsi!!!

Və ya:

Ordum keçsin Qarabağdan

Gah Şuşadan, gah Ağdamdan

Axşamüstü Komandandan

Xəbər gəlsin: “Zəfər çaldıq”

Qarabağı tamam aldıq!”

Xan Şuşinskinin dillər əzbəri olan “Şuşanın dağları” mahnısının dili ilə xalqımız öz hisslərini belə ifadə edir:

Şuşanın dağları başı dronlu,

Ətəyi tanklardı, üstü bronlu,

Çatırlar, zabitlər milli poqonlu,

Çatırlar, zabitlər çiyni poqonlu.

Nikol, bu nə qaş-göz, bu nə tel?

Vuracaq əsgərlər, bunu bil!

Gözləyirdik bunu otuz il!

Və nəhayət, Şuşaya, Şuşa qalasına sonsuz məhəbbəti, nisgili, həsrəti ifadə edən qədim bayatının bugünkü təfsiri:

Bu qala, bizim Qala,

Həmişə bizim qala,

Bitdi torpaq həsrəti

#gəlirik, bizim qala!

Bu misraların müəllifinin kim olduğunu bilmirik. Bu nümunələr sosial şəbəkələrdə yayılan postlardan götürülüb. Bu misralarda vətənə sevgi, dərin hikmət, baş verənlərə yerindəcə cavab və incə yumor hissi duyulmaqdadır. Və deməyə bircə söz qalır: Yaşa xalqım, sağol xalqım! Daim yaradan, iti ağıllı, hazırcavab, istedadlar yetişdirən Azərbaycan xalqı.

Yazılmış postlardan biri də diqqətimizi cəlb etdi:

Qafqazlardan əsib gələn yellər bizim yelimiz,

Qırğız, qazax, özbək, Azər bizim dilimiz,

Mosul, Kərkük, Can Qarabağ!

Ellər bizim elimiz,

Haykır Əliyev, Rəis Haykır!

Turan ellər var olsun!

Çalxalansın Qara dəniz!

Tanrı Türkə yar olsun!

Azərbaycan xalqının yaratdığı sənət örnəkləri arasında belə bir nümunə də var: “Kağan dağlar”. Bu hava Şuşa dağları tək uca, sıldırım, keçilməz dağların əzəmətini və onun qədər məğrur olan xalqın gücünü-qüdrətini, yenilməzliyini özündə ifadə edir:

 

#gəlirik, Kağan dağlar!!!!

P.S. “Kağan dağlar” havası musiqi ictimaiyyətinə ilk dəfə təqdim edilir. Havanın not əlyazması Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun arxivində saxlanılır. Əlyazmanın müəllifləri görkəmli bəstəkar Cövdət Hacıyev və musiqişünas Məmməd Saleh İsmayılovdur. Not yazısı bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən redaktə olunub (Elmi-Tədqiqat Musiqi Kabinetinin materialları).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiətilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidən ucalan tarixi müraciət şanlı Zəfərin və böyük Qələbənin rəmzidir - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahalaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Cinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO