Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın simasızlığı

Fransanın simasızlığı

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan tarixi Zəfərindən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimiz bu istiqamətdə səylərini günbəgün artırsa da işğalçı Ermənistan havadarlarının maraqlarının ifadəçisi kimi yenə də müxtəlif vasitələrlə, əsassız təbliğatı ilə prosesin uzanmasında maraqlı olduğunu nümayiş etdirir. İstər işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi daim diqqətdə olmaqla yanaşı, onun bu davranışları müxtəlif fikirlərin yaranmasına səbəb olub. Hələ də anlamaq olmur ki, Fransa nə üçün vəziyyətin gərginləşməsində maraqlıdır? Fransa atdığı addımların ona qarşı bir inamsızlıq mühitinin yaranmasında nə kimi rol oynadığını düşünürmü? Hər zaman qeyd edildiyi kimi, Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirsə də bu, hansısa bir məsələyə yanaşmada qərəz, ədalətsiz mövqe nümayiş etdirməyə əsas vermir.

Dövlətimizin başçısı İlham Əliyevin Şuşa Qlobal Media Forumunda İkinci Qarabağ savaşı dönəmində ölkələrin mövqeyi ilə bağlı ünvanlanan suala cavabında səsləndirdiyi “Artıq bu, tarixdə qalıb. Biz bilirik bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi hesab edirəm ki, düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq. Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, necə deyərlər, öz daxili səbəbləri var. Biz bunu da başa düşürük. Bəzi ölkələrdən bəlkə daha çox dəstək gözləyirdik, bəzi ölkələrdən, ümumiyyətlə, heç nə gözləmirdik. Yəni, bu, beynəlxalq münasibətlərin qanunlarıdır” söyləməklə Azərbaycanın xarici siyasətinin əsas prinsipini açıqladı. Bir daha bəyan etdi ki, heç bir dövlətin daxili işinə qarışmırıq və öz daxili işimizə müdaxiləni yolverilməz hesab edirik. Dövlət başçısı bu məqamı da xüsusi vurğuladı ki, İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr artıq öz ermənipərəst mövqelərini gizlədə bilməmişdilər, yaxud da bunu istəməmişdilər. Bu, o ölkələrlə münasibətlərin müəyyən dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Ancaq bu, o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq və əsas odur ki, sənin gündəliyin olsun. Düşünürük ki, Prezident İlham Əliyevin bu çağırışı kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçməyə çalışan, amma özünə və himayədarlıq etdiyi ölkələrə gəldikdə bu prinsipləri arxa plana keçirməkdən narahatlıq hissi belə keçirməyən Fransa kimi dövlətlərə ciddi mesajdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O saxta erməni təbliğatının hədəfindən bəhs edərək bildirib ki, Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən işğalçı dövlət və onu himayə edən qüvvələr ölkəmizi guya sərhəddə vəziyyəti gərinləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışır. Reallıq budur ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərk-silah olunması baxımından böyük önəm daşıyır. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu məsələdə Fransanın erməni təbliğatına dəstəyi diqqətdən kənarda qalmır. Görünən budur ki, Fransa Azərbaycanın tarixi Zəfərini, yaratdığı yeni reallıqları həzm edə bilmir. Fransa rəsmilərinin guya Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi blokadaya alınması barədə sərsəm fikirlərinin davamlılığı da bu ölkənin məqsəd və məramına aydınlıq gətirir.

Prezident İlham Əliyev bu günlərdə “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında da bu çağırışı etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu müharibə dövründə 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki Azərbaycana qarşı aparılan kampaniya, çirkin təbliğat iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Heç kimdən qorxmuruq və bunu həm döyüş meydanında, həm də siyasi müstəvidə sübut etmişik. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan və bölgə üçün yaxşı olacaq.

YAP Xətai rayon təşkilatının sədri diqqəti avqustun 28-də Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi sərsəm fikirlərə və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına yönəldib. Qeyd edib ki, Xarici İşlər Nazirliyi mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl kimi dəyərləndirir. Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək sərsəm fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir. Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa Prezidentinin indi Azərbaycanın BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyətlə bağlı iddiaları çıxışında xüsusi vurğulaması anlaşılan deyil. Makronun leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir. Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsi üçün qurumlar növbəli qaydada fəaliyyət göstərəcək

Yaponiyadakı ABŞ hərbçiləri üçün komendant saatı rejimi daha bir ay uzadılıb

Məhəmməd Həsənov: Daşınmaz əmlak sektorunda rəqəmsal ekosistemin yaradılması müştərilərə yeni imkanlar açır

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Dövlət Agentliyinin rəsmisi: Hər bir qrupun ehtiyaclarına və tələblərinə uyğun xidmətlər təqdim etmək əsas prioritetlərdəndir

İranın neft ixracının minimuma endiyi bildirilir

İordaniyada Azərbaycanın Zəfər Günü qeyd edilib

Azərbaycanın kayak və kanoeçiləri Batumidə beynəlxalq yarışda iştirak edəcəklər

BDYPİ bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Şəhid ailələri və qazilərin iştirakı ilə Zəfər Günü qeyd edilib

Aygün Əliyeva: QHT-lər 21 dövlət proqramı üzrə 113 tapşırığın icrasında 98,63 faiz nəticə göstərib

Səfir: Çin korrupsiyaya qarşı mübarizə sahəsində prioritetlərini müəyyənləşdirib

Bakıda ECOSOC statuslu QHT-lərin forumunun keçirilməsi planlaşdırılır

Misin qiyməti iyuldan bəri ən aşağı səviyyəyə enib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

Politoloq: Zəfər Günü lider, xalq və ordunun sarsılmaz birliyinin təntənəsidir

Qızıl avqustdan bəri ən böyük həftəlik bahalaşmaya hazırlaşır

Milli qəhrəmanlıq salnaməsi

Son dörd ildə 500-dən çox QHT nümayəndəsinin bilik və bacarıqları artırılıb

Zəfərdən gələcəyə: Azərbaycan gəncliyinin yeni tarixi məsuliyyəti

“Sabah” fransalı futbolçu ilə yollarını ayırıb

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil verilib

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti davam edir

İranla bağlı qeyri-müəyyənlik fonunda neftin qiyməti artır

Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib

Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı

Çin dizel yanacağının ixracını məhdudlaşdırmağı planlaşdırır

Dağlıq ərazilərə qar yağıb, hazırda bəzi yerlərdə duman müşahidə olunur

2026-2031-ci illərdə bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 4800 giqavat artacaq - Hesabat

Dövlət qulluğuna qəbul üzrə test imtahanında namizədlərin 459-u tələb olunan şərtləri ödəyib

Premyer Liqa: “Qarabağ” və “Neftçi” növbəti oyunlara çıxır

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələri “44” filmini izləyiblər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2000-ci il 5 may tarixli 8-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

“Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Paytaxtda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, köməksiz vəziyyətdə qalmış iki nəfər təxliyə edilib

Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş voleybol yarışları keçirilib

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu başlayıb

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zirvələrdə dalğalanan qürurumuz: Prezident Kitabxanasında Bayraq Günü

Yasamal və Nizami rayonlarının bəzi küçələrində işıq olmayacaq

Azərbaycan neftinin qiyməti 107 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 107 dollara çatır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fatmayıda yaşayış evində partlayış baş verib, 2 nəfər xəsarət alıb

Kuşner: Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələri də qoşula bilər

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Xınalıq kəndinə 15 santimetr qar yağıb

Korsika Fransadan muxtariyyət danışıqlarının bərpasını tələb edir

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis

Tramp Oval Ofisdə gələcək dəyişikliklərə məhdudiyyətlər qoyub

Sorğu: Makrona etimad səviyyəsi Ollandın rekord göstəricisindən də aşağı düşüb

Kuşner Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları məhsuldar adlandırıb

Qətər ABŞ-dən əlavə mayeləşdirilmiş təbii qaz almaq üçün danışıqlar aparır

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

Vətən sevgisi və Zəfər qüruru məktəblilərin yaradıcılığında

“The Economist”: Ukrayna demoqrafik böhranla üzləşir

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4390 nəfərə çatıb

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb

Türkiyə parlamenti Məkkə Birgə Müdafiə Sazişini təsdiq edib

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm

ABŞ Kubaya qarşı sanksiyalar siyahısını genişləndirib

Demokratların qələbəsindən sonra “Tesla” və “SpaceX” şirkətlərinin səhmləri 15 faiz ucuzlaşıb

Pakistanda yol qəzasında 11 nəfər ölüb, 33 nəfər yaralanıb

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Fransada 5 noyabr aksiyaları: CGT nümayişçilərin sayının 1,6 milyona çatdığını açıqlayıb

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatı davam edir

Lənkəran Dövlət Dram Teatrı Lerik rayonunda “Nəfəsim Vətən” tamaşası ilə çıxış edib

Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

“Brexit” Britaniya şirkətlərinə dörd ildə 7,7 milyard funt-sterlinqə başa gəlib

Fransada kütləvi etirazlardan sonra hökumət həmkarlar ittifaqları ilə danışıqlara başlayır

Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub

Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib

Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirib

Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş

Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskva sammitində baxıla bilər

Şimali Koreyanın müraciəti əsasında taekvondo UNESCO siyahısına salınmağa yaxındır

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun oğluna vəsiyyəti VİDEO

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun oğluna vəsiyyəti VİDEO

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası: Sədr müavinləri seçilib

Şəhərlərin gələcəyinə baxış - “AIREX 2026”dan FOTOREPORTAJ

Rusiya XİN vətəndaşlarına müvəqqəti olaraq İrana səfər etməməyi məsləhət bilib

Naxçıvanda 8 Noyabr – Zəfər Günü münasibətilə inklüziv konsert proqramı təşkil edilib VİDEO

Naxçıvanda 8 Noyabr – Zəfər Günü münasibətilə inklüziv konsert proqramı təşkil edilib VİDEO

QUAD ölkələrinin dəniz təlimləri başlayıb

Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi

Azərbaycanın voleybol klubu CEV Çelenc Kubokunun 1/16 finalına yüksəlib

“Zəfər naminə – Birlik Kuboku” minifutbol turnirinin qalibi məlum olub YENİLƏNİB VİDEO

“Zəfər naminə – Birlik Kuboku” minifutbol turnirinin qalibi məlum olub YENİLƏNİB VİDEO

Nazirlikdə Cibuti və Qvineya-Bisaunun nümayəndə heyətləri ilə görüşlər keçirilib

Bu saata olan əsas xəbərlər

Bakıda keçirilən BMT-nin İdarəetmə İnnovasiyaları Sammitinin ilk iş günü yekunlaşıb

“A Bola”: Ronaldonun yığmanı tərk etməsi ilə bağlı qərarından baş məşqçinin xəbəri olmayıb