FRANSA ÜMİDİNİ İTİRMİR
Xəbər verildiyi kimi, xarici işlər naziri Mişel Barnyö jurnalistlərin buraxılmasına müvəffəq olmamış, yalnız girovların sağ-salamat olduğunu öyrənə bilmişdir. Fransa diplomatlarından ibarət xüsusi qruplar girovların buraxılması məsələsi ilə məşğul olmaq üçün Əmmanda və Bağdadda işləyirlər. Belə ki, Fransa hökuməti ölkədə müsəlman məktəbli qızların baş yaylığı bağlamasına icazə verilməsi barədə yaraqlıların tələbini qəti şəkildə rədd etdikdən sonra onlar öz ultimatumunun müddətini iki dəfə 24 saat müddətinə uzatmışlar.
Fransızların girov götürülməsi təkcə Avropada deyil, bir çox ərəb ölkələrində də etiraza səbəb olmuşdur. Ərəb Dövlətləri Cəmiyyətinin başçısı Əmir Musa, Fələstin Milli Muxtariyyətinin lideri Yasir Ərəfat və başqaları fransız jurnalistlərinin azadlığa buraxılması üçün öz imkanlarından istifadə edirlər.
Xatırladaq ki, jurnalistlər Kristin Şesno və Jorj Malbrüno avqustun 20-də Nəcəf şəhərinə gedərkən “İraq islam təşkilatı” adlı radikal qruplaşmanın yaraqlıları tərəfindən oğurlanmışlar.
Fransa Prezidenti Jak Şirak yaraqlılara güzəştə gedilməsini qəti şəkildə rədd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [04:34]
İİKK: Hörmüz boğazında qaydaları pozan iki tanker minaya düşərək yanıb
- 08.11.2026 [03:07]
ABŞ qüvvələri Oman körfəzində ticarət gəmisini zərərsizləşdirib
- 08.11.2026 [01:41]
Polşada atəş açan şəxsin evində üç nəfərin cəsədi tapılıb
- 07.11.2026 [22:11]
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
- 07.11.2026 [08:58]