Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏR olmaq hünəri

Naxçıvan, 4 dekabr (AZƏRTAC). Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişaf etdiyi, dünyanın bu qarmaqarışıq dövründə iki qardaş ölkənin bir-birinə arxa-dayaq durduğu vaxtda özünü türk diplomatı kimi təqdim edən Turqut Ərin “kitab”ının ortaya çıxması və özünü müxalifət adlandıran, lakin özlərindən və pul hesabına quluna çevrildikləri ağalarından başqa kimsə tərəfindən qəbul olunmayan şəxslərin stolüstü ədəbiyyatına çevrilməsi adamı bir daha düşünməyə və reallıqları anlamağa vadar etməklə yanaşı, belə bir sual doğurur: “Əcaba, bu buyruq qullarının doğru yola qayıtmaq imkanı varmı? Əsla yox”.

Ömrünün sonunadək xalqına xidmət edən, Vətənini üzləşdiyi bəlalardan qoruyan, haqq-ədaləti bərpa edən, müasir müstəqil Azərbaycan dövlətini quran, onu yaşadan, dünyaya tanıdan, bu yolda xalqından başqa kimsəyə arxalanmayan, ümummilli lider adını qazanan, “Bir millət, iki dövlət” deyərək əməlləri ilə böyük türk dünyasında özünə əbədi sevgi qazanan böyük şəxsiyyət haqqında iftira dolu yazılar türk yazarının nəyinə lazımdır? Turqut Ər bu yolla uğursuz diplomatiyasını pərdələməyə, özünə haqq qazandırmağamı çalışır? Axı, o və ətrafı çox yaxşı bilməlidirlər ki, bu miskin adamlar heç vaxt dahi Heydər Əliyevə opponent ola bilməzlər.

Bir də ki, türk millətinin əbədiyaşar oğlu və onun fəaliyyəti barədə qərəzli yazılar yazmaqla, uydurma məlumatlar verməklə kimlərəsə yarınmaq və maddi mənfəət, eləcə də siyasi dividend əldə etmək türk əxlaqına sığmır.

Bunları anlamaq üçün Turqut Ər deyilən şəxsin bioqrafiyası ilə maraqlandım. Məlum oldu ki, qeyd olunan dövrlərdə o, əslində diplomat olmamış, aşkar vəzifəsi daxildə sadəcə səfirlikdə qələm müdiri olduğu halda, batildə müəyyən dairələrin gizli tapşırıqlarını yerinə yetirmişdir. Bu şəxsin həyat fəaliyyətinə baxdıqda soyadında olan “Ər”likdən əsər-əlamət görmürsən. Çünki kiminsə pulu hesabına yalan, iftira, şər-böhtan demək, ucuz sensasiya yaratmaq, qazanc əldə etmək məqsədi ilə dünya şöhrətli liderin adını öz cızmaqarasına salaraq kitab adlandırdığı cəfəngiyyatı topluma sırımaq həqiqi TÜRK ƏRlərinə yaraşan iş deyildir. Bununla o, nəinki öz soyadını, eləcə də əsrlərdən bəri adları dillərdə əzbər olmuş TÜRK ƏRləri təhqir etmişdir.

Bir qədər əvvəl “kitab”ın oxucuya təqdim olunmasına baxmayaraq, müəllifin maliyyələşdirildiyi dairələrdən qidalanan ərciklər və onların himayəsində olan mətbuat vasitələrindən başqa yazıya maraq göstərən olmamış, əksinə, Türkiyənin və Azərbaycanın nüfuzlu şəxsləri, eləcə də mətbuat vasitələrində etiraz səsləri eşidilmişdir.

Mən “kitab”ın içində yazılanlara varmaq, onları saf-çürük etmək fikrindən uzağam. Çünki dahi şəxsiyyətlərin qiyməti onları sevən, dahiləşdirən xalqlar tərəfindən verilir. Bu cür cızmaqaralardakı cılız fikirlər isə yalnız və yalnız onları yazanların özlərinə qarşı çevrilir, olmayan nüfuzlarını heçə endirir.

Dərindən düşünəndə aydın olur ki, Azərbaycanda fəaliyyəti dövründə özü kimi bir qrup dönüklə birlikdə xarici havadarlarının əmri ilə ölkənin daxili işlərinə qarışmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət çevrilişinə cəhd edən şəxsləri dəstəkləməklə pul qazanmağı şərəf və ləyaqətdən üstün tutan, bu yolda hətta ermənilərlə iş birliyi qurmağa hazır olan Turqut Ər bu gün kitabçılıqla həmin fəaliyyətini davam etdirmək niyyətinə düşmüşdür. Turqut Ər “kitab”ın 15 il sonra işıq üzü görməsinin səbəblərini də izah edərkən ƏRlikdən uzaq olmuşdur. Çünki kitabın yazılması haqqında əmri təzə aldığını etiraf etmək üçün də hünər lazımdır.

Yazılarında milli və dövlət maraqlarından bol-bol danışmağa üstünlük verən müəllif “Alagöz” əməliyyatından bəhs edir. Əslində bu fikir iki ölkə arasındakı əlaqələrə təsir etmək məqsədi ilə 1999-cu ildə hazırda “Azadlıq” radiosunun müxbiri işləyən Xədicə İsmayılova tərəfindən səsləndirilmişdir. Bu gün Turqut Ərin heç bir əsası olmayan bu məlumatı bir daha işıqlandırmaq əmrini haradan aldığına heç bir şübhə yeri qalmır. Hazırda nə SSRİ var, nə də KQB, amma PKK fəaliyyət göstərir. Bir də Turqut Ər kimilər maliyyələşdirilir. Onlara verilən tapşırıqların isə bir məqsədi var: birincilər silahla, ikincilər isə qələmlə Türkiyə Cümhuriyyətini zəiflətsin, parçalasın və əsarət altına salsınlar, bu hərəkətlərin qarşısını ala biləcək tanınmış liderlərə isə şər və böhtan yaxılsın. Turqut Ərin və onun havadarlarının əməlləri böyük xalq şairimiz Səməd Vurğunun “Ağılsız köpəklər ulduza hürər” məşhur misrasını yada salır.

Uğursuz diplomata tövsiyə edərdim ki, mahiyyətini başa düşmədiyi mövzulara girişməsin. “Alagöz” əməliyyatında öz işinin ustası olan Heydər Əliyevin dövlətini və torpağını qorumaq, canından artıq sevdiyi Azərbaycanı o vaxtkı Türkiyə ərazisindən istifadə edərək Qərb işğalçılarının planlaşdırdığı təxribatların qarşısını almaq məqsədi ilə həyata keçirdiyi tədbirlərdən bəhs olunur.

Müəllifin nəzərinə çatdırmaq istərdim ki, bu cür yaramaz işlərin məsuliyyəti ağır olur. Bu dünyada olmasa da, haqq dünyasında mühakimə qaçılmazdır. 1995-ci ildəki fəaliyyətlərinə görə o və “dostları” Azərbaycan Respublikası qanunları ilə mühakimə olunmalı idilər. Amma ümummilli lider Heydər Əliyev əsl mənada ƏRlik göstərdi, böyük türk dünyası xatirinə onları bağışlayaraq Türkiyəyə qayıtmalarını təmin etdi. Bir də ki, Turqut Ərə tövsiyə edərdim ki, “ət ilə dırnaq arasına girən iylənib çıxar” məsəlini unutmasın.

İki dövlətin dostluğu və əlaqələri haqqında geniş danışmaq olardı, amma Azərbaycan və Türkiyə dövlətlərinin başçıları tərəfindən dəfələrlə deyilmiş fikri bir daha ifadə etməklə bu qeydlərə nöqtə qoymaq istərdim: “Biz bir millət, iki dövlətik, Türkiyə ilə Azərbaycan arasındakı dostluğa heç nə və heç kim təsir göstərə bilməz”.

Rabil Kətanov

АzərТAc-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU-da elmi karyeraya dəstək məqsədilə ödənişsiz məşğələlər təşkil edilir

Media: ABŞ İrana qarşı növbəti addımları müəyyən edə bilmir

İğdırda Zəfər sevinci – YENİLƏNİB

“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb

Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Cəlilabadda ağacəkmə aksiyası

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO