Daha 100 aztəminatlı şagirdə məktəbli forması paylanılacaqdır
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də “Məlahətli ana” Uşaqlara Yardım İctimai Birliyi tərəfindən Nəsimi rayonundakı 152 nömrəli orta məktəbdə ehtiyacı olan 100 şagirdə məktəbli forması və çantası təqdim ediləcəkdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı da təşkil olunacaqdır.
Bundan əvvəl Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında ehtiyacı olan 100 və Suraxanı rayonunda yaşayan 110 şagirdə məktəbli forması və çantası təqdim edilmişdir. Xeyriyyə kampaniyası Səbail rayonunda və Azərbaycanın regionlarında davam etdiriləcəkdir.
Sentyabrın 1-də Heydər Əliyev Sarayında “Məlahətli ana” Uşaqlara Yardım İctimai Birliyi tərəfindən “Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!” devizi altında xeyriyyə konserti keçirilmişdir. Xeyriyyə konsertindən toplanan vəsait hesabına 310 aztəminatlı ailəyə məktəbli formaları paylanılması nəzərdə tutulmuşdur. İndiyədək görülmüş işlər xeyriyyə konsertindən toplanan vəsait hesabına həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]