Cinayətkarın axtarışı davam edir
Bakı, 19 iyul (AZƏRTAC). Binəqədi rayonunda münaqişə zəminində qohumunu qətlə yetirən şəxs hadisə yerindən qaçmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Elvin Müslümzadə münaqişə zəminində həmin evdə yaşayan qohumu Rizvan Sarıyevi bıçaqla qətlə yetirib hadisə yerindən qaçmışdır.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Beyləqan rayonunda isə Məhəmməd İsmayılov münaqişə zəminində həmyerlisi Natiq Xəlilova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmışdır.
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.İsmayılov yaxalanmışdır.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]