ÇİNDƏ FACİƏLİ PARTLAYIŞ
Hadisə ölkənin mərkəzindəki, Henan əyalətində baş vermişdir. Rəsmi orqanlar partlayış və tələfat barədə məlumatı təsdiqləmişlər. Şaxtada xilasetmə işləri aparılır.
Hakimiyyət nümayəndələri bildirmişlər ki, partlayış zamanı şaxtada 400-dək adam vardı. 200-dən çox fəhləni xilas etmək mümkün olmuş, 150-dək adam uçuqların altında qalmışdır.
Bu, son vaxtlar Çinin kömür sənayesində ən iri qəzadır. Burada sonuncu qəza aprelin 30-da Şansi əyalətində baş vermişdi. O vaxt şaxtada metan qazının partlaması nəticəsində 35 mədənçi həlak olmuşdu. Ötən il ərzində Çin şaxtalarında qəzalar nəticəsində, ümumən, 4 mindən çox adam ölmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.11.2026 [08:58]
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
- 07.11.2026 [08:28]
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
- 07.11.2026 [07:15]
NYT: Yeni aparat rəhbəri Trampı İranla müharibəni dayandırmağa çağırıb
- 07.11.2026 [06:29]
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
- 07.11.2026 [05:44]