Çətənə kolları məhv edilmişdir
Bakı, 16 iyul (AZƏRTAC). Daxili işlər orqanları əməkdaşları kultivasiya və təbii yolla yetişmiş çətənə kollarını məhv etmişlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Qobu qəsəbə sakini Gülağa Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 13 kiloqram 350 qram olan 62 ədəd çətənə kolu Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində iyulun 14-də aşkar edilərək götürülmüşdür.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin, Göygöl və Kəlbəcər rayon polis şöbələrinin əməkdaşları Göygöl rayonu ərazisində yabanı halda bitmiş, çəkisi 2 ton 48 kiloqram olan 1.754 ədəd, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları İnəkboğan kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 220 kiloqram olan 1.155 ədəd çətənə kolunu yığaraq məhv etmişlər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]