Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 21 aprel, AZƏRTAC
Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib.
Berlində 17-ci Petersberq İqlim Dialoqu işə başlayıb.
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
Ağdam şəhərində daha 92 ailəyə mənzillərinin açarları təqdim olunub.
Bakı metrosunun fəaliyyəti bərpa olunub.
Qırımızı Bazarda daha 17 ailəyə evlərinin açarları təqdim edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq.
Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransında çıxış edib.
“Akkuyu” AES-in ilk enerji bloku bu ilin sonunda Türkiyənin elektrik şəbəkəsinə qoşula bilər.
Kirayə mənzil fonduna daha 237 mənzil əlavə olunub.
Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub.