Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıdan İstanbula uzanan elm yolu - professor Abdullah Sofiyev

Bakıdan İstanbula uzanan elm yolu - professor Abdullah Sofiyev

İstanbul, 25 avqust, AZƏRTAC

Elm adamlarının həyatı çox vaxt rəqəmlərlə ifadə olunur. Dərc olunan məqalələr, alınan istinadlar, həyata keçirilən layihələr, yetişdirilən tələbələr və qazanılan mükafatlar... Halbuki bütün bu rəqəmlərin arxasında illərin zəhməti, səbir, maraq və elmə sarsılmaz bağlılıq dayanır. Türkiyədə yaşayan azərbaycanlı alim, Dünya Azərbaycanlı Alimlər Birliyinin və Türkiyənin Azərbaycanlı Alimlər Dərnəyinin üzvü, İstanbul Ticarət Universitetinin professoru Abdullah Aveyin (Sofiyev) akademik yolu da bunlardan ibarətdir.

Alim həyat hekayəsini AZƏRTAC-la bölüşüb. Azərbaycanda anadan olan Abdullah Sofiyevin elm yolu riyaziyyatla başlayıb, zamanla nəzəri və tətbiqi mexanikanın ən mürəkkəb sahələrinə qədər uzanıb. Bakıda riyaziyyat üzrə təhsil aldıqdan sonra bir müddət riyaziyyat müəllimi işləyib, daha sonra mühəndislik mexanikasına yönələrək maye, qaz və plazma mexanikası, həmçinin deformasiya olunan cisimlər mexanikası sahələrində ixtisaslaşıb. 

Doktorluq dissertasiyasını deformasiya olunan cisimlər mexanikası üzrə müdafiə edib. Sonrakı illərdə akademik fəaliyyətinin mühüm hissəsini Türkiyədə davam etdirən Sofiyevin diplomu, doktorluq dərəcəsi və elmi adlarının Türkiyədə tanınması prosesi də Türkiyə Ali Təhsil Şurası tərəfindən tamamlanıb. Onun Bakıda, Azərbaycan Texniki Universitetində başlayan akademik karyerası daha sonra Türkiyədə Ondokuz Mayıs və Süleyman Dəmirəl universitetlərində davam edib. 2005–2022-ci illərdə Süleyman Dəmirəl Universitetinin İnşaat mühəndisliyi fakültəsində professor kimi çalışan Sofiyev 2022-ci ildən etibarən İstanbul Ticarət Universitetinin Riyaziyyat fakültəsində professor olaraq elmi fəaliyyətini davam etdirir.

“Bu yol boyunca elmə baxışım heç vaxt bir sahə ilə məhdudlaşmayıb. Riyaziyyat, mexanika, mühəndislik və materialşünaslığın kəsişdiyi problemlər mənim əsas tədqiqat istiqamətlərimi təşkil edib. Kompozit qabıq konstruksiyaları, funksional dərəcələndirilmiş materiallar, nanomateriallar, nanokompozitlər, laylı kompozit strukturlar, elastik mühitlə qarşılıqlı təsir, konstruksiyaların dayanıqlılığı, titrəyişləri və qeyri-xətti dinamik davranışları araşdırmalarımın əsas mövzularıdır. Xüsusilə nazik divarlı konstruksiyaların dayanıqlığı və titrəyişi, funksional dərəcələndirilmiş materiallar, son illərdə isə karbon nanoborularla möhkəmləndirilmiş nanokompozit strukturların mexaniki davranışı ilə bağlı tədqiqatlarım beynəlxalq elmi ədəbiyyatda geniş əks-səda doğurub”-deyə professor AZƏRTAC-a müsahibəsində bildirib.

Alimin elmi fəaliyyətində Almaniyanın, xüsusilə Karlsruhe elmi məktəbinin xüsusi yeri var. Karlsruhe Universitetinin Bərk Cisimlər Mexanikası İnstitutunda müxtəlif dövrlərdə tədqiqatlar aparıb, qonaq professor kimi fəaliyyət göstərib və mürəkkəb mexanika problemləri üzərində çalışıb: “Almaniyadakı fəaliyyətimin böyük hissəsi DAAD proqramı çərçivəsində dəstəklənib. 1990-cı illərdən 2022-ci ilə qədər müxtəlif dövrlərdə Karlsruhedə çalışıb, NATO təqaüd proqramından da yararlanmışam. Türkiyədə isə TÜBİTAK-ın 1001 layihələri başda olmaqla çoxsaylı elmi layihələrdə kompozitlər, funksional dərəcələndirilən materiallar, konstruksiyaların dayanıqlığı və titrəyişləri üzrə araşdırmalar aparmışam. Bu, beynəlxalq əməkdaşlıqlar sonradan müxtəlif ölkələrdən alimlərlə ortaq elmi işlərin və yeni tədqiqat istiqamətlərinin yaranmasına zəmin yaradıb”.

Professorun elmi məhsuldarlığını göstərən ən diqqətçəkən göstəricilərdən biri beynəlxalq nəşrlərinin davamlılığıdır. 2000-ci illərin əvvəllərindən bu günə qədər bir çox nüfuzlu beynəlxalq jurnallarda məqalələri dərc olunub. SCI indeksli beynəlxalq elmi nəşrlərinin sayı 200-ü ötüb və 2026-cı ildə də yeni məqalələrlə davam edir. 2024–2026-cı illərdəki tədqiqatlarında nanokompozit silindrik və konusvari qabıqlar, qeyri-xətti titrəyiş, funksional dərəcələndirilmiş strukturlar, istilik mühitləri və müasir kompozit sistemlər əsas istiqamətlər olaraq qalır. 2026-cı ilin avqust ayına olan məlumata görə, onun Google Scholar h-indeksi 51, Scopus h-indeksi 48, Web of Science h-indeksi isə 47-dir. Lakin professorun elmi irsi yalnız bu rəqəmlərlə ölçülmür. Onun tədqiqatları yeni problemlərin həllinə töhfə verən, sonrakı nəsillərin araşdırmalarına istiqamət göstərən davamlı elmi məktəb formalaşdırıb.

Alimin uzun illərə söykənən elmi fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Stanford Universiteti və “Elsevier” tərəfindən hazırlanan, “PLOS Biology” jurnalında dərc olunan elmi təsir reytinqinə əsasən, Abdullah Sofiyev 2019–2025-ci illərdə dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıb və son qiymətləndirmələrdə azərbaycanlı alimlər arasında ön sıralarda göstərilib. O, bu uğuru təkcə şəxsi akademik nailiyyət deyil, Azərbaycanda başlayan və Türkiyədə inkişaf edərək dünya elminə açılan bir karyeranın göstəricisi kimi qiymətləndirir.

“Mükafatlardan daha qiymətlisi yetişdirdiyim alimlərdir. İllər ərzində çoxsaylı magistr və doktorantlara elmi rəhbərlik etmişəm. Tələbələrim funksional dərəcələndirilmiş strukturlar, kompozit qabıqlar, elastik mühitlər, qeyri-xətti titrəyiş və dayanıqlıq problemləri üzrə araşdırmalar aparıblar. Rəhbərliyim altında tamamlanan doktorluq işlərindən biri Türkiyə Nəzəri və Tətbiqi Mexanika Komitəsi tərəfindən ilin ən yaxşı doktorluq işi mükafatına layiq görülüb”-deyən Sofiyev bu gün də yeni doktorantların elmi rəhbəri kimi fəaliyyətini davam etdirir. Onun aldığı mükafatların siyahısı da kifayət qədər zəngindir. TÜBİTAK tərəfindən 150-yə yaxın elmi nəşr təşviq mükafatı alıb, Süleyman Dəmirəl Universitetində elm və texnologiya sahəsində birincilik mükafatlarına layiq görülüb. 2009-cu ildə isə elm mükafatını Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin əlindən alıb.

Professor Sofiyev yalnız tədqiqatçı deyil, həm də beynəlxalq elmi nəşrlərin inkişafında fəal iştirak edən alimdir. O, uzun illər “International Journal of Solids and Structures”, “Journal of Sound and Vibration”, “Engineering Structures”, “International Journal of Non-Linear Mechanics”, “Composite Structures və International Journal of Mechanical Sciences” kimi nüfuzlu nəşrlərdə rəyçi kimi çalışıb, “Composites Part B: Engineering” başda olmaqla müxtəlif beynəlxalq jurnalların redaksiya heyətlərində yer alıb. Hazırda isə “Composite Structures”, “Acta Mechanica”, “Journal of Applied and Computational Mechanics və Curved and Layered Structures” daxil olmaqla bir sıra beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

Türkiyə Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsində üzv və sədr müavini vəzifələrində çalışaraq Sofiyev Türkiyədə mexanika elminin institusional inkişafına da töhfə verib.

Professor deyir: “Mənim akademik həyatıma uzaqdan baxdıqda üç şəhər ön plana çıxır - Bakı, Karlsruhe və İstanbul. Bakı elmə ilk addım atdığım, riyaziyyatla tanış olduğu şəhərdir. Karlsruhe beynəlxalq elmi mühitlə güclü əlaqələr qurduğum və tədqiqatlarımı dünya elminə çıxardığım mərkəzdir. İstanbul isə bu gün bilik və təcrübəsini yeni nəsillərə ötürdüyüm akademik məkandır. Bu hekayənin mərkəzində isə dəyişməyən bir fikir dayanır -elm sərhəd tanımır”.

Azərbaycanda yetişən, Türkiyədə uzun illər akademiyaya xidmət edən, Almaniyadan Amerikaya, Avropadan Asiyaya qədər geniş beynəlxalq elmi əməkdaşlıqlar quran bir alim kimi Abdullah Sofiyevin həyatı Türk dünyasının elm vasitəsilə dünyaya açılmasının uğurlu nümunələrindən biridir. Son beş ildə professor Sofiyevin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan universitetlərinə verdiyi davamlı akademik dəstək olub. O, Azərbaycanın müxtəlif ali məktəblərində keçirilən beynəlxalq konfranslarda iştirak edib, məruzələr təqdim edib və elmi-təşkilat komitələrinin üzvü olub. Bu əməkdaşlıq bu gün də davam edir. Bundan əlavə, o, Türkiyə Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsinin XXIV Milli Mexanika Konqresinin tarixdə ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda keçirilməsini təşkil edən alimlərdən biri olub. Bu təşəbbüs Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın güclənməsinə mühüm töhfə verib. Bu əməkdaşlıqlar yalnız ortaq elmi nəşrlərin yaranmasına deyil, iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsinə, ortaq tədqiqat mədəniyyətinin inkişafına və azərbaycanlı alimlərin beynəlxalq akademik mühitə daha sıx inteqrasiyasına xidmət edir.

Bu gün professor Abdullah Sofiyevin adı yalnız yüzlərlə elmi məqalədə deyil, yetişdirdiyi alimlərin fəaliyyətində, beynəlxalq elmi əməkdaşlıqlarda, tədqiqatlarına edilən minlərlə istinadda və Azərbaycan ilə Türkiyə arasında qurduğu akademik körpülərdə də çəkilir.

Professor həyat hekayəsini belə xarakterizə edir: “Həqiqi elm adamının mirası yalnız həll etdiyi düsturlar deyil. Əsl elmi irs alimin arxasında qoyduğu bilik, yetişdirdiyi insanlar və özündən sonra da davam edən elmi ənənədir. Mənim yarım əsrə yaxın davam edən elm yolum da məhz belə bir elmi ənənənin hekayəsidir”.

Qeyd edək ki, Abdullah Avey Sofiyev Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspora fəaliyyətlərində xidmətə görə” medalına layiq görülüb.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR