Bakıda bıçaqlanma hadisələri baş vermişdir
Bakı, 8 avqust (AZƏRTAC). Paytaxtda üç bıçaqlanma hadisəsi baş vermişdir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat vermişlər.
Məlumatda bildirilir ki, Biləcəri qəsəbəsinin T.Yaqubov küçəsində yaşayan Könül Nağıyeva münaqişə zəminində qəsəbə sakini Nurlan Adıgözəlovun kürək nahiyəsindən bıçaqla daxilə nüfuz edən xəsarət yetirmişdir.
K.Nağıyeva Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Avqustun 6-sı saat 17:30 radələrində Naxçıvanski küçəsində naməlum şəxs Yevlax rayon sakini Aslan İlyasovun qarın nahiyəsindən bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirmişdir.
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində cinayətdə şübhəli bilinən Yevlax rayon sakini Elçin İsmayılov yaxalanmışdır.
Balaxanıda isə İlqar Əsgərov münaqişə zəminində orada yaşayan Xanəhməd Əliyevi bıçaqlamışdır. İ.Əsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşları tərəfindən tutulmuşdur.
Hər üç hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]