BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ
BSU-nun rektoru, professor Kamal Abdullayev qonağı salamlayaraq, başçılıq etdiyi ali məktəbin tarixindən və strukturundan danışmış və bildirmişdir ki, Polşa-Azərbaycan əlaqələri qədim tarixə və ənənələrə malikdir. Hazırda BSU-da digər slavyan dilləri ilə yanaşı, polyak dili və ədəbiyyatının öyrənilməsinə də böyük maraq göstərilir.
Rektor Bakı Slavyan Universiteti ilə Polşa ali məktəbləri arasında əlqələrin genişləndirilməsinin, tələbə və müəllim mübadiləsinin, habelə stajkeçmələrin təşkilinin vacibliyini vurğulamışdır.
Polşa xarici işlər nazirinin müavini Ancey Zalutski əmin olduğunu bildirmişdir ki, ali məktəblər arasında da əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə kömək edəcəkdir.
Görüşdə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Martsin Navrot iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.11.2026 [13:49]
Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir
- 07.11.2026 [13:42]
Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub
- 07.11.2026 [12:49]
AZƏRTAC ilə “QAZCONTENT” xəbər mübadiləsi sahəsində əməkdaşlığa başlayır
- 07.11.2026 [11:46]