Azərbaycanda zəlzələ olub VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də yerli vaxtla saat 05:13-də Oğuz rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Şəkidən 30 kilometr cənub-şərqdə qeydə alınan yeraltı təkanın maqnitudası 4,0 olub.
Ocağı 16 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.