Avtomaşın oğruları yaxalanmışlar
Bakı, 20 iyul (AZƏRTAC). İyulun 19-da Buzovna qəsəbəsində Toğrul İmaməliyevə məxsus “KİA-Rio” markalı avtomaşın qaçırılmışdır.
Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsi və Bakı şəhər Dövlət Yol Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış paytaxt sakini, əvvəllər məhkum olunmuş Elşən Cəbrayılov iyulun 20-də saxlanılmışdır.
Bundan əlavə, iyulun 19-da Naxçıvanski küçəsində Bakı sakini Yəhya Bağırova məxsus “VAZ-2104” markalı avtomaşın qaçırılmışdır.
Çevik Polis Alayı və Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakini İlham Quliyev yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]