Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzular Arazda qaldı...

Bakı, 2 yanvar (AZƏRTAC). Dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın heç bir zamanın və məkanın ölçüsünə sığmayan yaradıcılığı ədibin istər sağlığında, istərsə də onun haqq dünyasına qovuşmasından sonra ədəbiyyat tənqidçiləri, ayrı-ayrı tədqiqatçılar tərəfindən hərtərəfli tədqiq olunmuşdur. Çox təqdirəlayiq haldır ki, bu gün görkəmli şairin yaradıcılığına tanınmış tənqidçilər və ədəbiyyatşünaslarla yanaşı, bu sahədə ilk kövrək addımlarını atan gənclər də həvəslə müraciət edirlər. 

Belə gənclərdən biri - Şimali Kipr Doğu Akdeniz Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin sədri Elçin Suleymanov böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığı ilə bağlı fikirlərini AZƏRTAC ilə bölüşür.

Bir kitabın ilhamı ilə yola çıxarkən

Evimizdə olan və uşaq vaxtı tez-tez vərəqlədiyim “Yalan dünya” kitabını xatırlayıram. O kitabı ki, orada Azərbaycan mədəniyyətinin və ədəbiyyatının salnaməsindən incilər toplanmışdır. Bu, Şəhriyar yaradıcılığıdır. Ölməz əsərləri, hüdudsuz düşüncələri ilə 50 milyonluq xalqın qəlbində əbədilik qazanmış, ömrü boyu Bakı həsrəti ilə yaşayan və qovrulan, Şərqin həmişəyaşar ədəbiyyat liderinin xatirəsini anmaq üçün Təbrizə yollandım, ölməz şairin məzarını ziyarət etdim.

Xoşginabda doğulan düha

1906-cı ildə qədim Təbrizin Qaraçəmən oylağının Xoşginab kəndində bir Azərbaycan türkü dünyaya göz açdı. Uşaqlıq illəri ruhu və cismi qədər sevdiyi döğma kəndində keçdi. Xoşginabın təbiəti, elin adət-ənənəsi, sevincli və kədərli günləri, məişəti, təsərrüfatı, şübhəsiz ki, onun yaddaşında dərin izlər buraxdı. Kəndin enişli-yoxuşlu yolları, Heydərbaba dağı Məhəmmədhüseyni Vətənə və torpağa bağladı, onun bədii təfəkkürünün formalaşmasına öz təsirini göstərdi.

İranda şah hakimiyyətinin tüğyan etdiyi və hərc-mərcliyin baş alıb getdiyi bir vaxtda kiçik Məhəmmədhüseyn ərəb dili və ədəbiyyatı ilə maraqlanır, şeirlərini “Ədəb” jurnalında dərc etdirirdi. Bununla yanaşı, o, Azərbaycan ədəbiyyatının ölməz dahilərinin kitablarından bəhrələnərək, Vətən və yurd eşqi ilə zamanının yazarı tituluna sahib olmağa doğru yol alırdı. Şəhriyar təxəllüsü ilə yaradıcılığını davam etdirən bu gənc 1924-cü ildə həm də Tehran Tibb İnstitutuna daxil olur. Ədəbi fəaliyyət və tibbi təhsil, bədii təxəyyül və elmi təfəkkür .... Bəli, o, dahi idi. Dahilər isə 100 ildən bir doğulur və şübhəsiz ki, mənsub olduqları nəsil və yaşadığı mühitdə fərqli düşüncə və davranışları ilə seçilirlər. Beləliklə, Şəhriyar yaradıcılığının mühüm atributları gənclik çağlarında müşahidə olunur və eyni zamanda, coşqun gəncliyinin unudulmaz şah əsəri - Sürəyyası da...

 

Unudulmaz və ağrılı sevgi

Qələm dostlarımla söhbət zamanı onlardan bəzən “Şair, yazıçı, sənətçi sevgisi heç vaxt unudulmur, nakam məhəbbət onların həyatında Məcnun və Leyli rolunu oynayır” və digər bu kimi fikirləri eşidirəm.

Şəhriyarın həyat və yaradıcılığını araşdırarkən belə fikirlərin öz təsdiqini tapdığının şahidi olmaq mümkündür. Şairin unudulmaz sevgisi ağrılı-acılı, bəzən isə hekayələrdə və nağıllarda olduğu kimi, dramatik, əfsanəvi keçmişdir. Bəlkə də elə buna görə şair Vətəninə, millətinə bağlı olmuş və təmiz adı, zəngin yaradıcılığı, fəlsəfi düşüncəsi, realist baxışı ilə Şərqdə dühaya çevrilmişdir?! O, sevdi, bütün varlığı ilə könlünü Sürəyya adlı bir qıza verdi, amma Şah rejiminin barmağı burada da göründü; nağıllarda, dastanlarda olduğu kimi...

Ata ocağı Təbrizdən sürgün və ya bir

sevginin qurbanı

Məhəmmədhüseyn Şəhriyar yoxsul, gücsüz Məcnun oldu həyatında... Şah hökumətinin məmuru utanmadan, həya etmədən, namərdliklə o gəncin sevgisinə əl uzatdı, əngəl törətdi, çünki ağbəniz Sürəyya onun da qəlbinə hakim kəsilmişdi. Məmur Şəhriyarı doğma ocağından - Təbrizindən sürgün etdi. Gəncin həyatı payız yarpaqları tək soldu. Sevgisindən, ata ocağından, ailəsindən ayrılması ona artıq həsrət çəkən qəlb və Vətən şairi adlandırmaq imkanı verdi... Bir tərəfdən şah idarəçiliyinin amansız təhdidi, digər tərəfdən Şimal həsrəti Şəhriyarı həyatın amansız yollarında çətin sınağa çəkdi. O isə bu sınaqdan yaradıcılığı vasitəsilə, adını tarixə yazaraq, əfsanəvi qəhrəmana çevrilməklə çıxdı. Həsrət, nisgil Şəhriyarın ölməz ədiblərdən olan Əli Tudəyə, Süleyman Rüstəmə və Bəxtiyar Vahabzadəyə müraciətlə yazdığı şeirlərində də görünür. Bəlkə də uşaqlıq və yeniyetməlik çağlarımda bu dahi söz ustasının əsərlərini oxumaqla, sonra isə Ordubaddakı həyətdə samovar çayı içə-içə həsrətlə Arazı, Savalanı seyr edərək xəyala dalmaqla qədim Oğuz diyarına olan məhəbbətimi Şəhriyarın düşüncəsi və poetikası ilə tamamlayırdım?! Əli Tudənin şairin ölümü ilə əlaqədar yazdığı şeir də məni çox təsirləndirmişdi:

Əyər o yerlərdə görsən Səhəndi

Soruş Ərdəbili, Xoyu, Mərəndi,

De ki, söz süfrəmiz güldü, çəməndi

Nə yanan, nədəki solandı şair...

Araz həsrəti xəyalımdan çəkilmirdi və elə o zaman xəyalımın qanadında tarixçilərin zaman-zaman gündəmə gətirdikləri “Vətən haradan başlanır?” sualına cavab tapdım. Vətən nəsildən, kökdən və millətin soykökünün, bir də zamanının dühasına çevrilən böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın yaşayıb yaratdığı torpaqdan başlanır...

 

Təbrizdən uzaqlarda - həsrət illəri

 

Təbrizdən kənarda yaşamağa məcbur edilən şair doğma vətənindən uzaqlarda ailə qurur, Tehranda fəaliyyətini davam etdirir. Şah rejiminin amansız daxili və SSRİ-nin “bağlı qapı” prinsipinə əsaslanan xarici siyasəti nəticəsində Şəhriyar varlığı qədər sevdiyi doğma Təbrizinə və Şimali Azərbaycana (o zamankı Azərbaycan SSR) gələ bilmir. Bəlkə də Təbriz və Azərbaycan həsrəti onu “həqiqətin carçısı” etmişdi. O, Azərbaycandan, Təbrizdən, Heydərbabadan, nisgilində olduğu Bakıdan ilham aldı, yazdı, yaratdı və bununla mənsub olduğu ulu millətin-Azərbaycan xalqının mənəvi ruhunu yaşatdı... Şəhriyarın televiziya kanalına müsahibəsində söylədiyi “tələbəliyimdə aldığım pencəyi 21 ildir ki, geyirəm” sözləri yaşadığı mühitdə böyük söz ustadına şairə verilən “qiymətin” göstəricisi idi...

 

“Heydərbabaya salam’’ və Vətənə

mənən bağlılıq

 

Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, poetik dillə tərənnümü baxımından Məhəmmədhüseyn Şəhriyarın ulu keçmişimizi, kökü minilliklərdən gələn adət və ənənələrimizi özündə cəmləşdirən “Heydərbabaya salam” adlı şah əsərinin böyük tərbiyəvi əhəmiyyəti vardır. Əsər Şəhriyarı nəinki o taylı, bu taylı Azərbaycanda, eyni zamanda, bütün dünyada tanıtdı. Ömrünün son çağlarında şah rejiminin devrildiyi zaman Şəhriyar doğma diyarı Təbrizin Qaraçəmən kəndini ziyarət etmiş, adət-ənənələrimizi “Heydərbaba” dağının timsalında poeziyanın dilinə çevirmişdir.

Psixoloji düşüncəmə söykənərək söyləyə bilərəm ki, Şəhriyar vaxtı ilə Təbrizdə varlığını qoyub getmiş, qohum, el sevgisini hər zaman xatirələrində olduğu kimi yaşatmışdı. Qaraçəmənə gələndə isə bu hissi görmədiyindən zəmanədən şikayətlənmişdi. Çünki zaman artıq öz işini görmüş, bir vaxt xəyalında qoruyub saxladığı yerlər, adət-ənənə dəyişilmiş, yaxın qohumları dünyadan köçmüşdü. Bütün bunlardan məyus olan Şəhriyar poetik dillə zamana qarşı üsyan etmişdir:

Heydərbaba, gəldim səni yoxlayam,

   Bir də yatam, qucağında yuxlayam,

Ömrü qovam, bəlkə burda haxlıyam,

    Uşaqlığa deyəm: bizə gəlsən bir,

   Aydın günlər, ağlar üzə gülsən bir!

Zaman keçir, üfüqlərə yol salır,

Karvan kimi uzaqlarda toz qalır,

Duman gəlir, ürəkləri çulqayır,

Ürək deyir: “Zaman, keçmə, aman dur,

Keçənlərdə gözüm var, bir dayan dur”.

`“Heydərbabaya salam” poeması Cənubda və Şimalda yaşayan azəri türklərini qəflət yuxusundan ayılmağa, milli adət-ənənələri yaşatmağa səsləyir. Poemada xalqımızın ümummilli nəğməsi olan “Sarı gəlin”in tərənnümü isə ismətli Azərbaycan gözəlinin namusunu və Azərbaycan gəncinin həsrətli sevgisini ifadə edir:

Heydərbaba, dağın, daşın sərəsi,

Kəklik oxur, dalısında fərəsi,

Quzuların ağı, bozu, qərəsi,

Bir gedəydim dağ-dərələr uzunu,

Oxuyaydım: “Çoban, qaytar quzunu”.

Heydərbaba, Sulu yerin düzündə,

Bulaq qaynar çay-çəmənin gözündə,

Bulaqotu üzər suyun üzündə,

Gözəl quşlar ordan gəlib keçərlər,

Xəlvətləyib bulaqdan su içərlər.

Oğuz salnaməsinin mədəniyyət atributlarını özündə cəmləşdirən əsərdə şair Azərbaycanın Novruz adət və ənənələrini Xoşginabin timsalında dünyaya tanıtdırmışdır. Məsələn, Ordubad rayonunun Dəstə kəndində ilaxır çərşənbədə şal sallayıb qapı-qapı gəzərlər. Amma maraqlı budur ki, adamlar qursaq adlandırdıqları şalın bir ucuna ip bağlayar və qapını açıb qəflətən şalı atarlar. Ev sahibi şalın içini doldurduqdan sonra qəflətən ipi tərpədər və şalı bayıra atar. Şal sahibi iplə şalı dartar və sovqatını kisəsinə doldurub başqa qapıya yollanar. Bayramqabağı evlərin təmizlənməsi, açar salıb qapıda pusma kimi adət-ənənələr də bölgələrimizdə davam etməkdədir ki, bu da Şəhriyar şeirinin xəlqiliyindən xəbər verir:

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Bayram olub, qızıl palçıq əzərlər,

Naqqış vurub, otaqları bəzərlər,

Taxçalara dizmələri dizərlər

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası

Saray şairliyini qəbul edənlərin yaradıcılığı heç də hər zaman cəmiyyət tərəfindən qəbul edilmir. Şəhriyar isə hər kəsin qəlbində “taxt qura” bilmişdir. Onun fəryadı xalqın səsinə çevrilib dillər əzbəri olmuş, İranın yüksək kürsülərində eşidilmişdir. “Heydərbaba şairi” kürsü sahiblərinin hüzuruna belə getmədi. Onlar görkəmli şairin məzarını ziyarət etdilər, çünki onun ədəbi fəaliyyəti bütün Şərqə səs salmışdı ...

Şəhriyar vətənpərvər, milli duyğuların tərənnümçüsü, dövründən şikayətlənən şairdir. Azərbaycanı ikiyə bölən Türkmənçay müqaviləsinə münasibəti şairin ədəbi-fəlsəfi düşüncələrinin təbliğ etdiyi ideyanı bir daha təsdiqləyir:

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

 

Dəfn və anım günü

Şəhriyar 1988-ci ilin payızına təzəcə qədəm qoyacağı bir gündə - sentyabrın 18-də həyatdan köçdü. Həmin gün bütün Azərbaycan şairləri onun ölümü ilə barışa bilməyib fikirlərini sətirlərə köçürmüşlər. Nisgilli şairin ölümünə kədərlənən Əli Tudə yazmışdır:

Nə etmək, hər zaman təmtəraq omur,

Sən vüsal gəzirsən, bir soraq olmur...

Nisgilli ürəklə bacarmaq olmur,

Yol çəkən gözlərim sulandı, şair.

 

PS: Şərqin sönməz günəşinin məzarını ziyarət üçün Təbrizdə olarkən yaşlı bir baba ilə söhbət etdim. Şəhriyardan danışdı, görkəmli şair haqqında bir gənc gözü ilə düşüncələrimi yazmağıma dair arzusunu bildirdi. Bu söhbətdən haradasa iki il keçir. O zaman “Mütləq, baba arzuların gerçəkləşər” deyə ona söz versəm də, sonra nədənsə dahi söz ustadı ilə bağlı düşüncələrimi ağ kağıza köçürmək cəhdim heç cür alınmadı.

Günlərin bir günündə təsadüfən adada kitablarıma baxarkən “Yalan dünya”nı gördüm və baba ilə aramızda keçən o söhbəti xatırladım. Bu gün bəlkə də o insan həyatda yoxdur, amma mənim o aqil insana borcum qalırdı. Mən mənəvi borclarını Vətən və xalq qarşısında ödəmiş Şəhriyarları unutmamaq diləyi ilə və xəyallarımı gerçəkləşdirərək borcumdan çıxmağa çalışdım.... 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: ABŞ İrana qarşı növbəti addımları müəyyən edə bilmir

İğdırda Zəfər sevinci – YENİLƏNİB

“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb

Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Cəlilabadda ağacəkmə aksiyası

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib