Ağdaşda yol qəzası baş verib
Ağdaş, 23 avqust, AZƏRTAC
Bakı-Qazax magistral yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən 260-cı kilometrliyində avtonəqliyyat qəzası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə sərnişin daşıyan “Ford”, “VAZ 2106” və yük daşıyan “Ford” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Şəmkir sakini Murad Əliyevin idarə etdiyi yük daşıyan “Ford” eyni istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü Gədəbəy sakini Şöhrət İsmayılovun idarə etdiyi sərnişin daşıyan “Ford” mikroavtobusu və “VAZ 2106” ilə toqquşub. Nəticədə “VAZ 2106”-nın sürücüsü yaralanıb və xəstəxanaya aparılıb. Zərbənin təsirindən “VAZ 2106” yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.