Ağdaşda çəltik yığımına başlanılıb
Ağdaş, 8 sentyabr, AZƏRTAC
Ağdaş rayonunda çəltik biçininə başlanılıb və qısa vaxtda 51 hektardan çox sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə havaların quraq keçdiyi bir şəraitdə 652 hektar sahədə çəltik yetişdirilib. Biçin üçün hələlik sahələrə 2 kombayn çıxarılıb. Fermerlər və fiziki şəxslər məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər.
Qeyd edək ki, çəltik bu il rayonun 14 icra nümayəndəliyində əkilib. Xüsusilə Orta ləki, Aşağı Ləki, Hapıtlı, habelə Kürqırağı ərazilər olan Pirəzə, Kotavan və bir sıra digər icra nümayəndəliklərində bol məhsul yetişdirilib. Öz keyfiyyəti ilə seçilən və yerli bazarlarda heç də az alıcısı olmayan bu məhsulun istehsalında torpaq mülkiyyətçiləri çox maraqlıdırlar. Təsadüfi deyil ki, su təminatı yaxşı olan ərazilərdə əkin sahələri ildən-ilə artır. Bu cür ərazilərdə hər hektardan 30-35 sentner məhsul götürülür ki, bu da torpaq sahibləri üçün yaxşı gəlir gətirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]