Ağcabədidə iftar süfrəsi açılmışdır
Ağcabədi, 24 avqust (AZƏRTAC). Ağcabədi şəhərindəki “Xan Çinar” şadlıq sarayında rayon icra hakimiyyətinin təşəbbüsü ilə iftar süfrəsi açılmışdır.
AZƏRTAC xəbər verir ki, mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov iştirakçıları Ramazan bayramı münasibətilə təbrik etmiş, milli mənəvi həmrəyliyin, saflıq və mərhəmət rəmzi olan bayramda onlara cansağlığı, xoşbəxtlik, əmin-amanlıq arzulamışdır. Bayramın respublikamızda, o cümlədən Ağcabədi rayonunda böyük sevinclə qeyd edildiyini deyən Ş.Məmmədov milli mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən dövlət tədbirlərindən danışmışdır.
Mərasimdə Ağcabədi dini icmasının rəhbəri Novruz İsmayılov, ağsaqqallardan Seyid Sabir, Elman Rüstəmov və başqaları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Rayonun axundu Mərdan Rzayev dualar oxumuş, Ramazan ayının fəzilətləri barədə söhbət açmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2023 [17:19]
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
- 27.07.2023 [16:29]
İƏT Quranın nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
- 21.07.2023 [16:04]